Bu gün:

“Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır”


24media.az-ın “1 sual, 1 cavab ” rubrikasının növbəti müsahibi Hüquqşünas Şamil Paşayevdir. O, uşaqların təhsildən yayınmasında Elm və Təhsil nazirliyinin rolundan bəhs edib.

-Uşaqlar təhsildən yayındırılarsa, valideynləri hansı cəza gözləyir?


Təhsil hüququ vətəndaşların əsas hüquqlarındandır. Təhsil sistemi qarşısında duran vəzifələr Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya aktına, Azərbaycan Respublikasının Konstitusiyalarına, Təhsil Qanununa və müvafiq beynəlxalq hüquq normalarına uyğun olaraq həyata keçirilir. Qanunvericilikdə hər uşağın yetkinlik yaşa çatana qədər təhsil alması göstərilib. Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Təhsillə bağlı valideyn və uşaqların təhsilə cəlb edilməsində Təhsil Nazirliyinin rolu böyük olmalı və müəyyən maarifləndirmə tədbirləri görülməlidir. 

İnzibati xətalar məcəlləsinin 189- cu maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxslərin valideynlərinə və ya əvəzedici şəxslərə öhdəliklərini lazımınca yerinə yetirmədikdə xəbərdarlıq edilir və ya 40 azn cərimə edilir. 


Səadət Quliyeva

Paylaş
Şərh əlavə et