Bu gün:

Çuğundurun faydaları



Onlarla müalicəvi xüsusiyyətə malik olan qırmızı çuğundur həftədə ən azı bir dəfə istifadə edildikdə daxili orqanların qocalmasını dayandırır, hüceyrələrin zədələnməsinin qarşısını alır, immuniteti gücləndirir. Mütəxəssislər qırmızı çuğundurun təbii dərman kimi xeyirli olduğunu bildirirlər.  İdmançıların vazkeçilməz qidası olan qırmızı çuğundur, saysız-hesabsız faydaları ilə bir çox xəstəliklərə şəfa verir. Qırmızı çuğunduru istifadə etdikdə bədəninizdə baş verəcək möcüzəvi dəyişikliklər...

Qan təyziqini azaldır


 Çuğundurun tərkibində olan nitrat orqanizmdə azot oksidinə çevrilir və qan damarlarını genişləndirir. Qan təzyiqini aşağı salan çuğundur yüksək təzyiqi salmağa kömək edir. Qırmızı çuğundurun tərkibində orta hesabla dörd qram qida lifi var, beləliklə bağırsaq sağlamlığını qoruyur. İkinci beyin adlanan bağırsaqlar gücləndikdə bütün daxili orqanların fəaliyyəti daha sağlam olur. Həftədə ən azı bir dəfə çuğundur istifadəsi daxili orqanların qocalmasının qarşısını alır.

Ürəyi cavanlaşdırır

 Ürək sağlamlığını qorumağa kömək edən qırmızı çuğundur yüksək miqdarda lif və kalium ehtiva edir. Buna görə də ürək-damar xəstəlikləri riskini azaldır. Qırmızı çuğundur həm də qaraciyərdən bütün toksinləri çıxarmağa kömək edir, beləliklə, detoks effektinə malik olmaqla immuniteti gücləndirir.

Antioksiandiatlarla zəngindir

 Qırmızı çuğundurun tərkibində olan betalain orqanizmi stressdən qoruyur və hüceyrələrin qocalmasının qarşısını alır. Sidikqovucu kimi də tanınan çuğundur böyrəklərin yükünü yüngülləşdirir.

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et