Bu gün:

Öyrənməni necə effektiv etmək olar?


Bəlkə də dünyanın ən çətin işlərindən biri dərs oxumaqdır. Stol arxasında oturub 2-3 saat qalxmadan dərs oxumalısınız. Ancaq sizin hərəkətli və yerində durmayan xüsusiyyətləriniz varsa, bu sizin üçün daha da çətin olacaq. 

Oxumaq nə qədər çətin görünsə də, o bizi uğura aparan, gələcəkdə peşəmizi müəyyənləşdirməkdə bizə yol göstərən zəhmət və səylərdir.

İdeal dərs vaxtı 40 dəqiqə dərs və 10 dəqiqə fasilədir. Mütləq gündəlik və həftəlik iş planlarınız olmalıdır. Planlarınızı və proqram saatlarınızı tənzimləməkdə çətinlik çəkirsinizsə, müəllimlərinizdən dəstək ala bilərsiniz. İş masanızda yalnız kitab və dəftərlərin olması diqqətinizi və konsentrasiyanızı uzun müddət saxlamağa kömək edəcək. İşlədiyiniz otaqda noutbuk, telefon, televizor kimi vasitələr gözdən uzaq olsa, sizin üçün daha yaxşı olar.

Uzanaraq dərs oxumaq bir müddət sonra yuxunun gəlməsinə və diqqətin dağılmasına səbəb olur. Stulda 90 dərəcə bucaq altında oturmaq tövsiyə olunur. Çalışma zamanı fasilələrə də yer verilməlidir.

Uzun müddət televizora baxmaq və ya telefonda vaxt keçirmək oxuduğunuz dərsin effektivliyini azaldacaq.

Yaxşı öyrənilməmiş bir mövzuda imtahan vermək səhvlərə yol verməyinizə, dərsdən sıxılmağınıza, “bacarmıram” deyərək özünüzə inamınızın azalmasına səbəb olar. Yalnız imtahan günləri saatlarla dərs oxumaq düzgün deyil. Mövzuları, testləri hər gün təkrar edib imtahanlardan bir gün əvvəl qısa təkrarlarlama ilə daha uğurlu oluna bilər. Öyrənərkən qısa qeydlər etmək və mühüm yerləri qalın qələmlərlər vurğulamaq məlumatın yaddaşda uzun müddət qalmasını təmin edəcək.

Mənbə: Özel Ders Alanı

Tərcümə etdi: Aminə Paşazadə


Paylaş
Şərh əlavə et