Bu gün:

Dünyanın ən yüksək intelektinə sahib insan kimdir?


Dünyanın ən ağıllı insanı bir çox insanın maraqlandığı məlumatlar arasındadır. O, ümumi mədəni informasiya xarakteri daşıyan məlumatdır. Ən yüksək IQ səviyyəsinə çatan insan üzərində çoxlu araşdırmalar aparılır. Dünyanın ən ağıllı adamının hər hansı bir fəaliyyətlə məşğul olub-olmaması maraqla araşdırılan mövzudur.

Dünyanın ən ağıllı adamı Uilyam Ceymsdir. Uilyam Ceymsin çox maraqlı həyat hekayəsi var. Onun yaşadıqları və etdikləri hər kəsi təəccübləndirən məlumatlar arasındadır. Uilyam Rusiyadan ABŞ-a köçmüş uşaqdır. 1898-ci ildə Rusiyada anadan olub. Cəmi 6-7 həftəlik olanda çoxlu sözlər söyləyərək anasının diqqətini çəkib. Araşdırmalar nəticəsində onun cəmi 8 aylıq olarkən bütün əlifbanı əzbərlədiyi deyilir. 1,5 yaşı olanda qəzet kimi yazılar oxumağa başlayır.

Uilyamın vəziyyəti anasını çox qorxutduğundan ailəsi onu həkimə aparmağa qərar verir. 6 yaşında onun intellekti orta məktəb yaşlı insan səviyyəsində olur. 8 yaşında olanda onun çox dil bildiyi diqqətə çatdırılıb. Bu dillərə latın, fransız, yunan, ingilis, alman və rus dilləri daxildir. Eyni zamanda xüsusi qabiliyyəti də var. Keçmişdə və ya gələcəkdə hər hansı bir tarixin gününü hesablamaq üçün zəkaya malik idi.

Öz xüsusiyyətləri ilə çox qısa zamanda məşhur bir insana çevrilir. Bütün ABŞ bu uşaq haqqında danışmağa başlayıb. 9 yaşında Harvarda daxil olsa da, psixoloji səbəblərdən məktəb onu qəbul etməyib. 11 yaşında bütün keyfiyyətlərini sübut edərək Harvard məktəbinə qəbul olunub və təhsil həyatının ən yaxşısını yaşayıb.

Mənbə: hurriyet.com 

Tərcümə etdi: Sevil İsmayılova

Paylaş
Şərh əlavə et