Bu gün:

Oturaq həyat tərzi və qeyri-sağlam qidalanma uşaqlarda diabet riskini artırır


Ondokuz May Universiteti (OMÜ) Tibb Fakültəsi Uşaq Endokrinologiyası Bölümü Müəllim Prof. Dr. Murat Aydın bildirib ki, şəkərli diabet uşaqlıqda ən çox rast gəlinən xroniki xəstəliklərdəndir.

OMÜ-dən verilən yazılı açıqlamaya görə, Prof. Dr. Aydın son vaxtlar diabetli uşaqların sayında artım olduğuna diqqət çəkib.

Şəkərli diabetdə erkən diaqnozun çox vacib olduğunu deyən Aydın, "Məktəblərdə təxminən 25 min diabetli uşaq var. Hər il təxminən 1500 yeni diabetli uşaq bu qrupa qoşulur. Cəmiyyətdə maarifləndirmənin artması ilə ən böyük arzumuz yeni diaqnoz qoyulan xəstələrin diabetik komaya düşmədən xəstəxanaya çatdırılmasıdır.

Şəkər xəstəliyinin ortaya çıxmasında bir çox faktorun rol oynadığını ifadə edən Aydın belə davam edib: "Genetik fərdi meyil var. Ancaq bu vəziyyət bilinən irsi xəstəliklərə bənzəmir. Ailələr övladlarından biri şəkər xəstəsi olanda digər uşaqları üçün narahat olurlar, lakin digər bacı-qardaşlarında olmama ehtimalı yüzdə 95 faizdir. Genetik quruluşu şəkər xəstəliyinə meyilli olan uşaqlarda qrip infeksiyaları, istifadə edilən bəzi dərmanlar, qablaşdırılmış uzun ömürlü qidaların istifadə edilməsi kimi faktorlar səbəbiylə diabet təhlükəsi ola bilər".

Mənbə: HABER TÜRK

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et