Mövsümi keçidlər zamanı havanın qəfil dəyişməsi də xəstəliklərin asanlıqla yayılmasına səbəb olur. Mütəxəssislər xüsusilə bu dövrlərdə yuxu və qidalanma qaydalarına çox diqqət yetirilməsi barədə xəbərdarlıq edib.
Ani temperatur dəyişikliyi və soyuq hava ilə də xəstəliklər artıb.
Xüsusilə uşaqların olduqları sinif otaqları, oyun meydançaları və digər bu kimi mühitlərdə bakteriya, toz və çiçək tozcuqlarının miqdarı, xəstə insanlarla sıx təmasda olması və havasız mühitlər onların daha tez-tez xəstələnməsinə səbəb olur.
Medicana Ataşehir Xəstəxanası Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Hande Tanal, "Mövsümi keçidlərdə uşaqlar böyüklərdən daha çox risk altındadırlar. Ən çox məktəb çağında olan və həftənin 5 günü ən az 5 saat qapalı mühitdə olan uşaqlar xəstəliklərdən daha çox təsirlənir",– deyib.
“Tərkibində C vitamini olan tərəvəz və meyvələrdən istifadə etmək lazımdır”
Üst tənəffüs yolu infeksiyalarının ən çox payız mövsümündə müşahidə olunduğunu bildirən Tanal bunları deyib:
"Uşaqların tez-tez qrip və soyuqdəymə xəstəliyinə tutulması havasız mühitdə yoluxucu agentlərə məruz qalması səbəbindən baş verir. Bundan başqa, tonzillit, faringit, laringit, sinüzit və orta qulaq infeksiyaları baş verir. Uşaqlarda yuxarı tənəffüs yollarının xəstəliklərinin simptomları daha çox qızdırma, boğaz ağrısı, öskürək, asqırma, səs qısıqlığı, qulaq ağrısı və burundan damcı axması kimi şikayətlərdir. Qorunmaq üçün əl gigiyenasına diqqət yetirmək, sağlam və nizamlı qidalanmaq, xüsusilə C vitamini olan tərəvəz və meyvələrdən istifadə etmək, qapalı və izdihamlı yerlərdən mümkün qədər uzaq durmaq lazımdır, yuxu rejiminə də diqqət edilməlidir.
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova
