Bu gün:

Buqələmunlar niyə və necə rəngini dəyişir?


Təbiətin təlxəkləri adlandıra biləcəyimiz kərtənkələlər geniş rəng palitrasında rəngdən rəngə dəyişə bilirlər. Bu xüsusiyyətlərdən yalnız ətraf mühitə uyğunlaşmaq üçün istifadə edirlər, yoxsa insanların utandıqları zaman üzlərinin qızarması kimi emosional vəziyyətlər onların rənginin dəyişməsinə səbəb olur?

Buqələmunlar Chamaeleonidae ailəsinə aid olan kərtənkələlərdir. Buqələmunlar göy qurşağı rəngləri də daxil olmaqla bir çox rənglər ala bilər. Afrika, Avropa, Asiya və Şimali Amerikada tapıla bilən 200-dən çox müxtəlif növ buqələmun var. Hər növün özünəməxsus rəng sxemi var. Buqələmunlar, əksər insanların düşündüyü kimi, kamuflyaj üçün rənglərini dəyişmirlər. Araşdırmalar göstərib ki, buqələmunların rəng dəyişdirməsinin başqa səbəbləri də var. Tədqiqatçılar bildirirlər ki, buqələmunlar öz əhval-ruhiyyələrini əks etdirmək üçün rəng dəyişdirir və bundan ünsiyyət vasitəsi kimi istifadə edirlər. Məsələn, buqələmun qəzəbləndiyi zaman daha tünd rənglərə çevrilir, əks cinsi təsir etmək istəyəndə isə açıq rənglərdən istifadə edir. 

Bəzi buqələmunlar bədən istiliyinin dəyişməsinə nəzarət etmək və ya işıq dəyişikliyinə uyğunlaşmaq üçün rənglərini də dəyişirlər. Bədən istiliyi aşağı düşən buqələmun bədən istiliyini artırmaq üçün daha çox istiliyi qəbul edə və tündləşə bilər. Bununla belə, buqələmunlar da emosional vəziyyətindəki dəyişikliklərə cavab olaraq rəngini dəyişirlər. Müşahidə edilmişdir ki, duel edən erkək buqələmunlar saniyələr ərzində ən parlaq rənglərini alırlar. Müsabiqədə uduzan tərəf tünd rənglər geyinərək təslim olduğunu göstərir. Erkək buqələmunlar da dişiləri heyran etmək üçün rəngini dəyişirlər. Dişilər maraqlı olub-olmadığını göstərmək üçün rənglərindən eyni şəkildə istifadə edirlər. 

Buqələmunlar füsunkar parlaq rəng çalarlarına əlavə olaraq, insan gözü ilə qəbul edilə bilməyən ultrabənövşəyi spektrə qədər uzanan geniş rəng palitrası geyinərək digər buqələmunların diqqətini çəkməyə çalışırlar.Bəs onlar bu rəng dəyişikliklərinə necə nail olurlar? Buqələmunların rənglərini niyə dəyişdirməsinin altında müxtəlif mexanizmlər dayanır. Uzun illər elm adamları buqələmunların müxtəlif piqmentlərdən ibarət xromatoforlar adlanan xüsusi hüceyrələrdən istifadə edərək rənglərini dəyişdirdiyinə inanırdılar. Məsələn, buqələmun müəyyən əhval-ruhiyyəni və ya mesajı çatdırmaq istədikdə beyin tərəfindən xromatoforlar adlanan xüsusi hüceyrələrə mesaj göndərilir. Göndərilən mesaja uyğun olaraq, xromatoforlar buqələmun rəngini dəyişdirmək üçün piqmentləri aktivləşdirir. 

Bu gün tədqiqatçılar piqmentlərin buqələmunların rənglərini dəyişdirmək üçün istifadə etdikləri yeganə mexanizm olmadığına inanırlar. Alimləri yeni araşdırmalara sövq edən vəziyyət, piqmentlərin yaşıllıq kimi daha isti tonları izah edə bilsə də, qırmızı və sarı kimi daha parlaq tonları izah edə bilməməsi idi. Cenevrə Universitetində kvant fizikləri və bioloqlarının birgə apardıqları araşdırmada buqələmunların dərisi altında yüz minlərlə guanin kristalından ibarət "iridofor" adlı hüceyrə təbəqəsi aşkar edilib. Müxtəlif səbəblərdən dəridə meydana gələ biləcək hərəkətlər kristallar arasındakı məsafənin dəyişməsinə səbəb olur. 

Beləliklə, kristallar işığı əks etdirmək üçün bir prizma kimi fəaliyyət göstərirlər. Kristallar bir-birinə yaxın olduqda, mavi kimi qısa dalğa uzunluqlu rənglər əks olunur, kristallar bir-birindən daha uzaqda olduqda, qırmızı kimi daha qısa dalğa uzunluqlu rənglər əks olunur. Bu rəngarəng ifadələr onlara nəinki fonla qarışmağa kömək edir, həm də mesajlarını digər buqələmunlara aydın şəkildə çatdırmağa imkan verir. Bu tədqiqat görüş texnologiyasını təsəvvür edə bilərsinizmi? Bir gün ev tapşırığını unutduğunuzda, iş masanızın və ya stulunuzun rəngi ilə kamuflyaj edərək özünüzü gizlədə bilərsiniz.

Mənbə: bilimUp

Tərcümə etdi: Fatimə Şükürova

Paylaş
Şərh əlavə et