Bu gün:

Planetlərin kəşfi


İnsan yarandığı ilk gündən böyük maraqla səmanı izləyir. Göydə nə baş verdiyini anlamağa çalışır. Onlar bəzən səmada gördükləri “günəş”, “ay” kimi cisimləri tanrı kimi qəbul edir, bəzən də onların formalarına görə peyğəmbərliklər verirdilər.

Göydəki cisimlər və planetlər tarix boyu müşahidə olunmağa çalışılıb. Bunu bəzən daş lövhələrdən, bəzən də mağaralardakı rəsmlərdən anlaya bilərik.

İnsanlar bəzən gələcəyi görmək və proqnozlaşdırmaq, bəzən də saat və təqvimləri izləmək üçün səmadan istifadə etməyi seçmişlər. Bəs, Ay və Günəşdən başqa planetlər nə vaxt insanlar tərəfindən fərq edilib və ya kəşf edilib?

Əslində, planetlərin varlığı teleskop icad edilməmişdən əvvəl məlum idi. Bu məlum planetlər Merkuri, Venera, Yupiter, Mars və Saturn olub.

Halbuki çılpaq gözlə görünən bütün bu planetlər ulduz sayılırdı. Planetlər qismən məlum olsa da, 1781-ci ildə teleskopların köməyi ilə insanlar tərəfindən elmi olaraq kəşf edilib və ilk rəsmi olaraq kəşf edilən planet Uran olub. Uranın planet olduğu ilk dəfə ingilis astronomu tərəfindən aşkar edilib.

Uran planetinin kəşfindən sonra astronomlar araşdırmalarını davam etdiriblər və 1846-cı ildə Neptun adlanan 8-ci planetin varlığı kəşf edilib.

Göy kəşf olunmağı gözləyir. Elm adamları yeni göy cisimlərini kəşf etmək üçün çox çalışırlar və təbii ki, prioritet əvvəllər kəşf edilmiş planetlərə çatmaq və həmin planetlər haqqında bütün məlumatlara sahib olmaqdır.
Mənbə: egezegen.com
Tərcümə etdi: Günay Ələsgərova

Paylaş
Şərh əlavə et