Bu gün:

Kitab oxumağın faydaları nədir?


Hər yaşdan kitabsevərlərə və həvəsli oxuculara səslənirik! Heç düşünmüsünüzmü, oxumağın asudə vaxt və təhsildən başqa hansı faydaları var? Yeni sözlər öyrənməkdən tutmuş psixi sağlamlığınızı qorumağa qədər kitablar hər şeyi edə bilər.  Müntəzəm kitab oxumağın bizim rifahımız və savadımız üçün nə qədər vacib olduğunu bilirsinizmi?
1. Oxumaq beyni məşq etdirir. Oxuyarkən müəyyən bir hekayəyə aid olan müxtəlif personajları və parametrləri yadda saxlamalıyıq. Bir dəfədə kitab oxumaqdan həzz alsanız belə, kitabı oxumaq üçün ayırdığınız müddətdə detalları yadda saxlamalısınız. Buna görə də oxumaq beyniniz üçün yaddaş funksiyasını gücləndirən bir məşqdir.

2. Oxumaq əyləncə formasıdır. Məşhur televiziya şoularının və filmlərinin əksəriyyətinin kitablar üzərində qurulduğunu bilirdinizmi? Odur ki, niyə özünüzü mütaliəyə qərq edərək əyləncənin orijinal forması ilə məşğul olmayasınız?

3. Oxumaq konsentrasiyanı və diqqəti toplamaq qabiliyyətini yaxşılaşdırır. Biz hamımız razılaşa bilərik ki, oxu diqqət olmadan baş verə bilməz və hekayəni tam başa düşmək üçün oxuduğumuz hər səhifəyə diqqət yetirməliyik. Diqqətsizliyin artdığı bir dünyada biz daim konsentrasiya və diqqəti məşq etməliyik. Oxumaq diqqətinizi cəmləmə qabiliyyətinizi artıran bir neçə fəaliyyətdən biridir.

4. Oxumaq yuxunu yaxşılaşdırır. Kitab oxuyarkən yuxu rejimi yaranacaq və beləcə bədəninizə yatmaq vaxtının gəldiyini hiss edə bilərsiniz. Üstəlik oxumaq stresdən qurtulmağa kömək etdiyi üçün yatmazdan əvvəl bunu etmək zehninizi və narahatlığınızı sakitləşdirməyə və yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edir.

5. Oxumaq ümumi biliyi artırır. Kitablar həmişə əyləncəli və maraqlı faktlarla doludur. İstər bədii, istərsə də qeyri-bədii ədəbiyyat oxumağınızdan asılı olmayaraq, kitablar bizə  bilmədiyimiz məlumatları təqdim etmək qabiliyyətinə malikdir. Müxtəlif mövzuları oxumaq sizi daha bilikli bir insan edə bilər və öz növbəsində danışıq bacarıqlarınızı təkmilləşdirə bilər.

6. Oxumaq həvəsləndiricidir. Çətinliklərin öhdəsindən gələn qəhrəmanlar haqqında kitablar oxumaqla, biz də çox vaxt eyni şeyi etməyə həvəslənirik. Düzgün kitab sevgi romanı və ya özünə kömək kitabı olmasından asılı olmayaraq, sizi heç vaxt təslim olmamağa və pozitiv olmağa təşviq edə bilər.

Mənbə: Markham Public Library
Tərcümə etdi: Gülnisə Əfkari

Paylaş
Şərh əlavə et