Bu gün:

Xaricdə təhsilin üstünlükləri nələrdir?


Günümüzdə gənclər təhsillərini xarici ölkələrdə davam etdirməyi və orada qalıb yaşamağı düşünürlər. Gənclər təhsil üçün Amerika və Avropa kimi ölkələrə üstünlük verirlər. Niyə xarici ölkələrdə  təhsil almaq istəyən gənclərin sayı ildən-ilə çoxalır?


Təhsilsiz millət başsız bədənə bənzəyir. Ölkənin gələcəyinin uğurlu olması  təhsilin keyfiyyətindən asılıdır. Azərbaycanda keyfiyyətli təhsil verən universitetlər sayca azdır. Azərbaycanın müəyyən ali təhsil müəssisələri müasir texnologiya avadanlıqları ilə təhciz olunub. Lakin Azərbaycanda elə universitetlər var ki, onun təhsil sistemi ilə yanaşı, müasir texnoloji cihazların olmaması ürəkaçan deyil. Nəticədə, tələbələr bakakavr təhsilini bitirən kimi yerli ali təhsil müəssisələrindən yayınır və xarici təhsil imkanlarına üstünlük verirlər. Bəs xaricdə təhsil almağın üstünlükləri nələrdir?


1.Dünyanı səyahət etmək şansı

Xaricdə təhsil almağın ən səciyyəvi üstünlüyü dünyanı görmək imkanıdır. Siz xaricdə təhsil almaqla daha yeni dünyagörüşləri, fərqli adətlərlə, qədim mədəniyyəti və yaşam fəaliyyətləri ilə  tanış olacaqsınız. Həmçinin ölkənin yeni ərazilərini, təbiət möcüzələrini və muzeylərini görmək imkanı əldə edəcəksiniz. Bundan əlavə, xaricdə olduğunuz zaman yalnız təhsil aldığınız ölkəyə səyahət etməklə məhdudlaşmayacaqsınız, qonşu ölkələri də görə bilərsiniz. Məsələn, Fransada təhsil alsanız, London, Barselona və Roma da daxil olmaqla Avropanın müxtəlif yerlərini gəzmək seçiminiz olacaq.


2. Dil bacarıqlarınızı inkişaf etdirmək

Əgər xaricdə təhsil almağı planlaşdırırsınızsa, əsas özəlliklərdən biri xarici dil öyrənmək imkanıdır. Təhsil üçün seçdiyiniz ölkədə gündəlik olaraq   ətrafınızdakı insanlarla ünsiyyət qurmaq  istədiyiniz dili daha rahat öyrənməyə üçün sizə çox fayda verəcək.


3.Yeni insanlarla tanış olmaq

Getdiyiniz ölkədə təkcə təhsil almaq deyil, hətta insanlarla uzunmüddətli dostluq əlaqələri qurmaq sizə əla fürsət verə bilər. Təhsil aldığınız ölkənin insanları ilə tanış olmaq sizə sosiallaşmağa və ünsiyyət bacarıqlarınızın inkişaf etməsinə faydası inanılmaz olacaq.


Hazırladı:Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et