Ametist, ümumiyyətlə, bənövşəyi rəngdə və parlaq olan təbii bir daşdır. Bənövşəyi rəngi sayəsində xoşbəxtlik bəxş edən ametist qədim zamanlardan bəri istifadə olunur. Mifoloji mənbələrdə adı tez-tez çəkilən ametist bənövşəyi rəngi ilə istifadə edənə canlılıq, dinclik və xoşbəxtlik bəxş edir. Bu enerjili daş müsbət təsirləri ilə diqqət çəkir.

Bu təsirlərin qəti bir qaynağı olmasa da, ümumiyyətlə bəzi bürclərdə daha tez-tez istifadə olunur. Müsbət və müalicəvi təsirləri ilə seçilən ametist daşı digər daşlarla da uyğun gəlir. Buna görə də eyni daşları birlikdə istifadə edə bilərsiniz. Ametist mənfi yüklüdür. Buna görə də, müsbət enerji cəlb edir və mənfi enerjiləri müsbətə çevirməyə kömək edir. Bu mərhələdə mənfi elektrik yükünü mənfi enerji ilə qarışdırmamaq vacibdir. Canlandırıcı təsiri ilə istifadə edən insana müsbət enerji verən ametist daşı bütün bürclərə uyğun olsa da, əsasən Balıqların qiymətli və təbii daşlarından biridir.
Mənbə: Onedio
Tərcümə etdi: Fatimə Şükürova
