Bu gün:

Sirius ulduzu


Sirius və ya Ağ Ulduz, yazda şimal yarımkürəsindən görünən Canis Major bürcündə gecə səmasında ən parlaq ulduzdur. Türkcə Akyıldız kimi tanınan Sirius (α CMa / α Canis Majoris / Böyük İt Bürcünün alfa ulduzu) görünən böyüklük baxımından ona ən yaxın olan Canopusdan iki dəfə parlaqdır və görünən böyüklüyü -1,47dir. Çılpaq gözlə tək ulduz kimi görünən Sirius, əslində spektral tiplərə görə ulduz təsnifat sistemində A1V sinifində olan Sirius-A və Sirius-B adlı ağ cırtdandan ibarət cüt ulduzdur. DA2 sinfinə aiddir. Sirius parlaq görünüşünü Günəş sisteminə yaxınlığına, eləcə də işıqlandırma gücünə borcludur. Günəşdən 2,6 parsek (8,47 işıq ili) məsafədə yerləşdiyi üçün Sirius sistemi kosmosdakı yaxın qonşularımızdan biridir. Sirius Günəşin kütləsindən iki dəfə böyükdür və mütləq böyüklüyü 1,42-dir. Onun parlaqlığı Günəşdən 25 dəfə çox olsa da, Canopus və ya Rigel kimi digər parlaq ulduzlardan daha aşağıdır. Sirius sisteminin yaşı 200-300 milyon ildir. Sistem əvvəlcə iki mavi ulduzdan ibarət idi. Kütləsinə görə bu iki ulduzdan daha böyük olan Sirius-B, zamanla yanacağını istehlak edərək, təxminən 120 milyon il əvvəl xarici təbəqələrini itirmədən və xarici təbəqələrini kosmosa atmadan qırmızı nəhəngə çevrilərək indiki formasını, bir ağ cırtdan halını aldı.

Sirius yerləşdiyi bürcdə seçildiyi üçün ənənədə it ulduzu da adlanır. Bu ulduz Günəşdən asılı olmayaraq bir çox mifoloji və folklor hekayələrinin mövzusu olmuşdur. Siriusun heliak doğulması qədim Misirdə Nil çayının daşqınlarını və qədim Yunanıstanda "it günləri"nin (qızmarlı isti günlərin) başlanğıcını qeyd etdi. Polineziyalılar üçün ulduz qışın xəbərçisi və Sakit Okeanda naviqasiya üçün istinad mənbəyi idi.

Mənbə: Wikipedia

Tərcümə etdi: Gülay Qəribova

Paylaş
Şərh əlavə et