Çoxları oxumağa həvəslidir, digərləri isə o qədər də çox deyil. Peşəkarlar fəaliyyətlərinin xarakterinə uyğun olaraq kitablara müraciət edirlər. Amma ilk növbədə mənəvi ehtiyacları ödəmək üçün kitab oxuyurlar.
1.Bədii ədəbiyyat.
Bu kitablar kimin üçündür? Onlardan nə fayda, nə sevinc var? Axı texnoloqlar ancaq xüsusi ədəbiyyat oxuyur və rahat yaşayırlar. Bu cür kitabların faydalarını təqdim edəcəyik, ancaq öz fikrinizi bildirə bilərsiniz:
— Bədii yönümlü kitablarla yaşamaq və işləmək daha maraqlı gəlir, çünki müəlliflər bu mövzuda çoxlu məsləhətlər verirlər;
—Fantastika sizi pozitivliyə hazırlayır və daha güclü edir, sadəcə olaraq sizə lazım olanı seçmək lazımdır;
— Yənhalığı işıqlandırır, çünki kitab müxtəlif dünyalara sadiq dost və bələdçi ola bilər ki, bu da ünsiyyət üçün əlverişlidir;
-Kitab sizi qaçılmaz stressdən xilas edir, çətinlikləri unutmağa kömək edir, əsas odur ki, süjet çox həyəcanlıdır.
2. Özünü inkişaf mövzusunda ədəbiyyat.
Çox faydalı kitablar var. Zehni fəaliyyəti inkişaf etdirir və üfüqləri genişləndirirlər. Onların bir çoxu öz çatışmazlıqları ilə mübarizə aparmaq, böyüməyə və ümumiyyətlə, varlığın mənasını dərk etməyə kömək etmək üçün hazırlanmışdır. Yaxşı bir kitab sizə fikirlərinizi strukturlaşdırmağa, yeni ideyalar tapmağa və həmişə “mövzuda olmağa” imkan verir. Özünüinkişaf haqqında ədəbiyyatı oxuduqdan sonra problemlərinizi tamam başqa prizmadan görə və ləyaqətlə həll edə bilərsiniz.
Hətta qocalıq dəliliyi olan xəstələrdə belə bir əyləncənin faydalı təsirini sübut edən alimlərin fikirləri məni kitab oxumağa ruhlandırdı. Kitabın diqqəti və düşünmə qabiliyyətini yetişdirdiyini təsdiq etdilər. Axı bəşəriyyət təkcə işdə və təhsildə kömək edən, həm də istirahət və həzz almaq üçün nəzərdə tutulmuş kitablarla ortaya çıxması əbəs yerə deyil.
Mənbə: Cash-flow
Tərcümə etdi: Leyla Əliyeva
