Səhər çayınızı və ya qəhvənizi dəmlədikdən sonra yarpaqları atmazdan əvvəl iki dəfə düşünmək lazımdır. Yeni araşdırma göstərir ki, qalıqlardan daha çox şey əldə edə bilərsiniz.
Səudiyyə Ərəbistanı Kral Faysal Universitetinin tədqiqatçıları tərəfindən aparılan yeni bir araşdırma göstərdi ki, əgər növbəti tort reseptinizə işlənmiş qəhvə çəyirdəyi və ya çay yarpaqları əlavə etsəniz, bu, bişmiş məhsulun qida dəyərini artıra və saxlama müddətini artıra bilər.
Tədqiqatın arxasında duran tədqiqatçılar deyirlər: “İstifadə olunmuş çay və qəhvə torfunu süngər tortu qarışığına daxil etməklə tortun qida dəyərini artırmaq və istehlakçılara əlavə sağlamlıq faydaları təmin etmək olar".
"Tozlarda bioaktiv birləşmələrin olması da potensial antioksidant fəaliyyətə kömək edir və saxlama zamanı mikrobların böyüməsini gecikdirir",– deyə o bildirib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova
