Mütəxəssislər sahibsiz itlərin problemlərinin artdığı bir vaxtda quduzluq ehtimalına da diqqət çəkir və ölümcül nəticələrə səbəb olacaq bu xəstəliklə mübarizə üçün görülə biləcək tədbirləri sadalayırlar.
Ölkəmizdə quduzluq daha çox sahibsiz it dişləmələri ilə yoluxur.
Bununla belə, virus ev heyvanlarından və ya vəhşi heyvanlardan da keçə bilər.
Quduzluq şübhəsi halında zədə yerinin düzgün təmizlənməsi, virusun qarşısının alınması üçün ən təsirli üsuldur.
Quduzluq şübhəsi ilə təmasda olan zədə sahəsinin düzgün təmizlənməsi virusu 99 faiz təmizləyir.

Prof. Dr. Hande Aydemir, əsasən, heyvanlardan insanlara keçən viral yoluxucu xəstəlik olan quduzluğun ölüm nisbətinin çox yüksək olduğunu, lakin şübhəli təmasdan sonra düzgün tədbirlər görülməklə bunun qarşısını 100 faiz ala biləcəyini açıqlayıb.
Bir it dişləyəndə dişlənmiş yeri necə təmizləmək olar?
İlk addım zədələnmiş ərazinin bol təzyiqli su və sabunla düzgün yuyulması və sonra antiseptik məhlulların tətbiqi ilə qorunmasıdır.
Mənbə: En Son Haber
Tərcümə etdi: Məryəm Məmmədova
