Uşaqlar yemək yemədən oyuna, vaxtlarının çoxunu ekrana baxaraq keçirirlər. Mütəxəssislər xüsusilə ekrana baxarkən yemək yeməyin yaratdığı təhlükələrə diqqət çəkirlər.
Piylənmə, qidalanma problemləri, rəqəmsal asılılıq, qavrayış pozğunluqları– uşaqlarda artan bu cür problemlərin mənbəyi, şübhəsiz ki, ekrana həddindən artıq baxmaqdır. Xüsusilə, yemək yeməkdə çətinlik çəkən uşaqlara yemək verərkən diqqətlərini yayındıracaq bir şeyə baxmasına icazə vermək belə təhlükələri artırır.
Uşaqların yemək və ekran əlaqəsini müzakirə etdik və suallarımızı TRT Uşaq Mütəxəssisi Köməkçisi Səna Avcılara yönləndirdik.
"Valideynlər ekranlara uşaq baxıcısı kimi baxırlar. Üstəlik, uşağın başını qatdığını düşünərək onun inkişafına mənfi təsir göstərəcəyini də görməzlikdən gəlirlər".
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova
