
Havanın keyfiyyəti ilə bağlı araşdırma aparan ABŞ təşkilatının son hesabatına görə, çirkli hava ilə nəfəs almaq sağlamlıq üçün ən böyük riskdir.
Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutunun (EPIC) hesabatı göstərir ki, havanın keyfiyyəti pis olan ərazidə yaşamaq insan ömrünü orta hesabla iki ildən çox azaldır.
Hesabatda vurğulanır ki, çox kiçik hissəciklərin (PM) yaratdığı hava çirkliliyi ictimai sağlamlıq üçün ən böyük xarici təhlükə olaraq qalır.
Araşdırmalar göstərir ki, avtomobillərin, sənaye istehsalının və meşə yanğınlarının səbəb olduğu havanın çirklənməsinin sağlamlığa təsiri siqaret çəkməyə bərabərdir.
Bu çirklənmənin təsirinin spirtli içki istifadəsindən 3 dəfə daha təhlükəli olduğu bildirilir.
Hesabatdakı məlumatlar ölkələrin 2021-ci ildəki orta PM2.5 dəyərinə əsaslanır.
PM havadakı çox kiçik hissəciklər üçün istifadə olunan hissəcik maddələri ifadə edir. Əgər bu maddələr 2,5 mikrometr və ya daha kiçikdirsə, onlar PM2.5 adlanır.
İndeks hər kubmetr üçün PM2.5 sıxlıq ölçmələrinə əsaslanır.
Bu hissəciklər ağciyərlərə və qan dövranına dərindən nüfuz edə və digər orqanlara təsir edə bilər.
Cənubi Asiya liderlik edir
Cənubi Asiya hava çirkliliyindən ən çox təsirlənən bölgədir. Buradakı çirklənmə ömrün orta hesabla 5 ildən çox azalmasına səbəb olur.
Çirklənmənin ən sıx olduğu Banqladeş, Hindistan, Nepal və Pakistanda gözlənilən ömür itkisi qlobal itkilərin yarısından çoxunu təşkil edir.
Sürətli sənayeləşmə və əhalinin artımı regionda havanın keyfiyyətinin azalmasına səbəb olan amillərdəndir. Cənubi Asiyada hissəciklərlə çirklənmənin bugünkü səviyyəsi 21-ci əsrin əvvəlindəki səviyyədən 50 faiz çoxdur.
Havanın çirklənməsinə görə siyahının başında olan Banqladeşdə əhaliyə düşən orta ömür uzunluğu 6,8 ilə çatır. Müqayisə üçün, ABŞ-da orta ömür uzunluğu 3,6 aydır.
EPIC peyk şəkillərini araşdırır və havanın çirklənməsinə səbəb olan hissəciklərin miqdarını və onların ömrün uzunluğuna təsirini hesablayır.
Hesabatda Hindistanın 2013-cü ildən bəri dünya hava çirkliliyi artımında 59 faiz təşkil etdiyi bildirilir.
Əhali sıxlığının çox yüksək olduğu və dünyanın ən çirkli şəhəri kimi tanınan Yeni Dehlidə adambaşına ömür uzunluğu 10 ildən çox azalır.
ÜST standartı nədir?
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına görə, bir bölgədə təmiz hava ilə nəfəs almaq üçün PM2.5 dəyəri hər kubmetr üçün ən çox 5 mikroqram olmalıdır.
ÜST hesablayır ki, havanın çirklənməsi bu səviyyəyə enərsə, orta ömür uzunluğu 2,3 il artacaq.
Bu halda orta ömür uzunluğu Pakistanda 3,9 ilə, Nepalda 4,6 ilə qədər yüksəlir.
Hesabatda Çinin 2013-2021-ci illər arasında hava çirkliliyini 42,3 faiz azaltdığı bildirilir.
Türkiyədə vəziyyət
Türkiyədə kubmetrə görə PM2,5 miqdarının 21,8 mikroqram olduğu görünür.
Bu, ÜST standartlarına, demək olar ki, 4,5 dəfə uyğundur.
Bu məbləğ ÜST standartlarına endirilərsə, Türkiyədə bir insanın orta ömrünün 1,6 il artacağı proqnozlaşdırılır.
Mənbə: BBC News Türkçe
Tərcümə etdi: Aydan Qasımova
