Bu gün:

"Minimum əmək haqlarının durumu"- Elçin Rəşidovla "1 sual 1 cavab"


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı iqtisadi ekspert Elçin Rəşidovdur. Mütəxəssis minimum əmək haqqında mövzuya toxunub.


-Azərbaycanda minimum əmək haqqı barədə nə düşünürsünüz?

- Minimum əməkhaqqında olan əsas problemlər onun miqdarında deyil.  Azərbaycanda minimum əmək haqqı aylıq təyin olunubdur.  Bu da müəyyən problemlərin yaranmasına yol açır. İşçilər müxtəlif rejimlərdə çalışma gücünə malikdirlər. Onların bir ay ərzində işlədikləri saatların miqdarları müxtəlif ola bilir. Hesab edirəm ki,  minimum əməkhaqqı saatlıq müəyyən olunmalıdır. Yəni bir ay ərzində ortalama saatların miqdarını müəyyən etməklə qanunda da həmin miqdar təyin olunmalıdır. Miqdar məsələsinə gəlincə düşünün ki, bir çubuğun iki ucu var. Onun bir ucu  da sahibkarlara tərəf uzanır. Minimum əmək haqqı artdıqca sahibkarların da vəziyyəti çətinləşir. Lakin bəzən işsizliyin yaranmasına səbəb olur. Nəticədə sahibkar minimum əmək haqqını təklif edə bilmir. 

Qanunun tələblərinə uyğun olaraq bunun üçün yüksək əmək haqqı verməlidir. Yüksək əmək haqqını da verməyə biznesi imkan vermir. Nəticədə bir nəfər işsiz qalır, digər sahibkar iş təklifini irəli sürə bilmir. İşsizliyin yaranması ilə də ölkənin məhsuldarlığı aşağı düşməsinə səbəb olacaqdır. Bir məsələni qeyd etmək istəyərdim ki,  bu minimum əmək haqqından vergi ağartması üçün də istifadə edirlər.  Bəzən sahibkarlar işçilərə yüksək maaşın bir hissəsini zərfdə verə bilir. Bu, həm vergidən yayınmaya, həm də  işçiləri daha çox manipulyasiya edə bilməsinə səbəb olur. Mən hesab edirəm ki, minimum əməkhaqqı bu kimi hallara aid edilməməlidir.B izim ölkədə əsasən regionlarda və Bakıda eyni işə görə əməkhaqqları müxtəlifdir. Məsələn, regionlarda və Bakıda fəaliyyət göstərən eyni şirkətin işçiləri eyni miqdarda maaş almırlarsa, biri inkişaf etmiş, digəri isə inkişaf etməkdə olan ölkələr kimi çox fərqli dərəcədə olurlar. Buna görə regionda və Bakıda ortalama maaş ölçülməlidir. Buna uyğun olaraq minimum əməkhaqqı da regionda və Bakıda fərqli qoyulmalıdır. Və bunu nəzərə almamaq iqtisadiyyatı xeyli kiçilməsinə səbəb olur. 

Minimum əmək haqqını  inflyasiyaya görə indeksləmiş şəkildə təyin etmək lazımdır. Hər dəfə onun yeni qərarla artırılması düzgün deyil. Yəni, hər dəfə onu yeni qərarla artıranda ictimaiyyətdə  ölkədə minimum əməkhaqqı artması ilə bağlı yanlış rəy yaranır. 

Gələcəkdə onu dəyişmək lazım gələndə inflyasiya tempindən daha sürətli yuxarı qaldıranda və yaxud aşağı salmaq kimi  istisna hallarda ayrıca olaraq bu formada influasiyanı indeksləmiş şəkildə saxlamaq lazımdır. 

24media.az xatırladır ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et