ABŞ-nin Boston Kollecində çalışan türk alimi Prof. Dr. Tayfun Sönməz və Prof. Dr. Utku Ünverin alqoritmlər və kompüter proqramlarından istifadə edərək qaraciyər transplantasiyası üçün donorlarla uyğunlaşan sistemi tətbiq edən Malatyadakı İnönü Universiteti Turqut Özal Tibb Mərkəzində 33 xəstə transplantasiya ilə sağlamlığına qovuşub.
İnönü Universiteti Turqut Özal Tibb Mərkəzi Qaraciyər Nəqli İnstitutu Müdiri Prof. Dr. Sezai Yılmaz bildirib ki, cəsədlərdən orqan bağışlanması son dərəcə qeyri-kafidir, ona görə də qaraciyər nəqli etmək istəyən xəstələr donor tapmalıdırlar.
İnstitutlarında indiyədək 3500-dən çox transplantasiya həyata keçirdiklərini bildirən Yılmaz bu transplantasiyaların 85 faizinin canlı donorlardan, 15 faizinin isə cəsəddən edildiyini qeyd edib.
Canlı donorların yalnız 30-40 faizinin xəstə ilə uyğunlaşdığını, öz xəstəsi ilə uyğun gəlməyən bir adamın başqa bir xəstə ilə uyğunlaşa biləcəyini izah edən Yılmaz donor mübadiləsi ilə çarpaz transplantasiyanın edildiyini və hər iki xəstənin də uyğunlaşa bildiyini bildirib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova