
Əhməd gənc yaşda texnologiya ilə tanış olan günümüzün mühəndisidir. Məktəblərdə şagirdlərin təhsilinə dəstək olmaq üçün paylanan planşetlə həyatı dəyişir. O, sonsuz məlumatların kiçik bir ekranın içərisinə necə sığa bildiyinə heyran qalır. Gənc yaşlarında texnologiyaya aşiq olan Əhməd böyüdükdə kompüterlə bağlı bir şey istehsal edə biləcəyini xəyal edirdi.
O, orta məktəbdə oxuyarkən proqram tərtibatçısı olmaq qərarına gəlib. Yazdığı proqramlar sayəsində internet dünyasına yeni sima gətirə biləcəyinə inanırdı. İnsanlara faydalı olacaq qədər böyük xəyalları var idi. Ağlına gələnlərdən biri də kosmosun çirklənməsinə səbəb olan peyklər və kosmik gəmilər idi. Dünyamız çirklənmə ilə mübarizə apararkən, o, kosmosda çirklənmənin qarşısını almaq üçün də çalışmaq istəyirdi. Uzun bir təhsil müddətindən sonra proqram mühəndisi kimi məzun oldu. Uşaqlıqdan bəri qurduğu arzularını bir-bir həyata keçirməyə çalışırdı.
O, texnologiyanın insanların həyatını dəyişdirə biləcəyinə inanırdı. Buna görə də kosmosun çirklənməsinə qarşı hazırladığı proqram sayəsində kosmos təmizləmə vasitəsini işə salmaq istəyib. Kosmosa göndərilən vasitə istifadə olunmamış peykləri müəyyən etmək və onları məhv etməkdən məsul idi. Hazırlanmış proqram bəşəriyyətə qüsursuz xidmət etmək gücünə malik idi. Uzun bir işin məhsuldarlığını almağa başlayırdı. NASA ilə əməkdaşlıqda hazırlanan proqram dünyamızı daha yaxşı bir yerə çevirəcəkdi.
Əhmədin gənc yaşlarından həvəs göstərdiyi texnologiya böyüdükcə öz bəhrəsini verməyə başladı. Bu, insanlara yol göstərən və onları gələcəyə hazırlayan bir texnologiyaya çevrilmişdi. Təmiz bir məkan üçün işə başlayan cihaz kosmosun təmizlənməsində də təsirli oldu.
Mənbə: Denkbilgi.com
Tərcümə etdi: Aydan Qasımova
