
Ümumiyyətlə, təhsil insana aiddir: emosional, fiziki və əqli qabiliyyətlərin müəyyən edilmiş məqsədə uyğun inkişafıdır. Bilik əldə etmək və davranışlarını təkmilləşdirmək üçün atılan bütün addımlar təlimə daxildir.
Təhsilin xüsusiyyətləri nələrdir?
Təhsil davamlı bir prosesdir.
Təlim davam edərkən insanın davranışını istənilən şəkildə dəyişdirmək hədəflənir.
Təhsil sayəsində insanların şəxsiyyətləri də fərqlənir.
Təhsil həm də akkulturasiya prosesi kimi müəyyən edilir.
Başqa sözlə, təhsil həm də cəmiyyətlə ayaqlaşmağın bir yolu kimi təsvir olunur.
Təhsil prosesinin xüsusiyyətləri nələrdir?
Təhsil yalnız insana aiddir.
Təlim kifayət qədər genişdir. Bu proses təkcə məktəbdə baş vermir. Eyni zamanda, proses həmişə məktəbdən əvvəl, sonra və məktəbdən kənarda davam edir.
Tədris prosesi davamlıdır və daim davam edir. Çünki insanlar daim inkişaf edir və daim yeni bir şey öyrənirlər.
Tədris prosesi müxtəlif tapıntılardan və elmi tədqiqatlardan bəhrələnir.
Təhsilin həm milli, həm də beynəlxalq aspektləri var.
Təhsil həyatla olur. Təcrübələr təhsil prosesinin ən vacib hissəsidir.
Təhsildə yer və məkan məhdudiyyəti yoxdur. Təhsil hər yerdə ola bilər.
Təhsil ölkənin milli inkişafı ilə bağlı vəziyyətdir.
Mənbə:egitimcininegitimi.com
Tərcümə etdi:Sayad Qoşnalıyeva
