Psixi sağlamlıq savadlılığı ictimai məlumatlılığın artırılmasında və psixi sağlamlığın qorunmasında mühüm rol oynayır. Bu şüurun artması ilə düzgün müalicənin aparılacağını bildirən mütəxəssislər cəmiyyətdə insanların yanlış damğalanmasının yaratdığı problemlərin də azala biləcəyinə diqqət çəkirlər.
Bu gün sosial şəbəkələr vasitəsi ilə bir çox mövzuda rəy ala bilirik. Ancaq oxuduqlarımız heç də həmişə mütəxəssis tərəfindən yazılmır.
Psixi sağlamlıq və xəstəliklər ümumi səhiyyə sisteminin tərkib hissəsidir və savadlılıq bu sahədə maarifləndirmənin əsasını təşkil edir.
Artan stress, iş yükü, iqtisadi çətinliklər və sosial dəyişikliklər səbəbindən bu maarifləndirmə daha da əhəmiyyət kəsb edir. Psixi sağlamlıq problemləri insanın gündəlik həyatında funksionallığı azalda bilər və mənfi nəticələrə də səbəb ola bilər. Bu səbəbdən psixi sağlamlıq savadlılığı cəmiyyətin psixi sağlamlıq haqqında məlumatlılığını artırmaq və bu sahədə məlumat əldə etməyi asanlaşdırmaq üçün bir yol kimi qarşıya çıxır.
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova
