Danimarkada aparılan araşdırmalara görə, siqaret psixi sağlamlığı pozur və psixi pozğunluqlara səbəb olur.
Aarhus Universitetinin alimləri İngiltərədə yerləşən Biobank bioloji məlumat bankında 350 min insanın genetik məlumatlarını təhlil ediblər.
Araşdırmanı aparan Doug Speed məlumatlarından istifadə etdikləri insanların yüzdə 90-nın 20 yaşından əvvəl siqaret çəkməyə başladığını və ümumiyyətlə 30 yaşdan sonra psixi pozğunluqlar səbəbi ilə xəstəxanada müalicə olunduğunu deyib.
"Siqaret psixi pozğunluqlara səbəb olur. Təbii ki, siqaret tək səbəb deyil, lakin psixi xəstəliklə bağlı xəstəxanaya yerləşdirilmə riskini 250 faiz artırdığı müşahidə edilib", – Speed deyib.
İki kanadalı tədqiqatçı ilə birlikdə işləyən alim siqaretin depressiya və bipolyar pozğunluğa səbəb olduğuna da diqqət çəkib.
Mənbə: TRT HABER
Tərcümə etdi: Məryəm Məmmədova
