Bu gün:

Qara və ağ niyə rəng deyil?


Rəng gözlə hiss edilən işığın təsiridir. İşıq obyektlərə dəyir və əks olunur. Yansıdılan işıq gözün torlu qişasına çatır və beyinə ötürülür. Bütün rənglər əks olunursa, biz onu ağ, əks olunmursa, işıq obyekt tərəfindən udulursa, qara kimi görürük. Hər rəngin bir dalğa uzunluğu var. Bir metrin milyardda biri nanometr adlanır və gördüyümüz işığın uzunluğu 400 ilə 700 nanometr arasındadır.

Gözlərimiz bir-birindən 10 milyona yaxın rəngi ayırd edə bilir. Beynimizdəki, təxminən, 7 milyon hüceyrə rəngləri düzgün qəbul etməkdən məsuldur. Qırmızı rəngin daha diqqətçəkən olmasının səbəbi, rəngi qəbul edən hüceyrələrin əksəriyyətinin qırmızı rəngi qəbul etməkdən məsul olmasıdır.

Obyektlərin rənglərini qavramaq üçün işığa ehtiyacımız var. Rənglər piqmentlərin əks etdirdiyi işığın dalğa uzunluqlarına görə əmələ gəlir. İşığı əks etdirmək əvəzinə udan piqmentlər qara görünür. Ətraf mühitdə işıq yoxdursa, işıq əks oluna bilmədiyi üçün hər şey qara görünəcək. Başqa sözlə, heç bir şey görünmür.

Niyə ağ və qara rənglər deyil?

Ağ rəng hesab edilmir, çünki o, obyektə düşən işığın bütün dalğa uzunluqlarını əks etdirir. Qara da bütün dalğa uzunluqlarını udur. Ona görə də qara rəng kimi qəbul edilmir.

Mənbə: Denkbilgi.com

Tərcümə etdi: Aydan Qasımova


Paylaş
Şərh əlavə et