Bu gün:

“İdman jurnalistikası, sadəcə, futboldan ibarət deyil”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı “CBC Sport”un reportyoru Rəvan Mahmudzadədir. O, idman jurnalistikasını seçənlərin hansı bilik və bacarıqlara sahib olması haqqında danışıb.

 

- Azərbaycanda idman jurnalistikası üzrə magistratura pilləsinə qəbul keçirilir. İdman jurnalistikası üzrə ixtisaslaşmaq istəyənlərə hansı bilik və bacarıqlar aşılanmalı və necə şərait yaradılmalıdır?            

Ümumiyyətlə, jurnalistika çətin və məsuliyyətli sahədir. Təbii ki, idman jurnalistikasının da özünə görə çətinlikləri var. Əvvəlcə, bu sahədə ixtisaslaşmaq istəyənlər öz idmanımızı dərindən öyrənməli, araşdırmalıdır. Bu sahədəki hər kəs üçün Azərbaycan idmanının,  idmançılarının qazandığı uğurlar, keçdiyi çətin və keşməkeşli yollar aydın şəkildə izah edilməlidir. Bu sahəni seçənlərin idman jurnalistikasının yalnız müasir dövrün ən məhşur idman növü olan futboldan ibarət olmadığını anlaması mütləqdir. Əgər bu sahədə bilik və bacarığını önə çıxarmaq istəyirsənsə, mümkün dərəcədə bütün idman növlərini öyrənməli və ona vaxt ayırmalısan. Jurnalistikanın bu sahəsi çəkingənliyi sevmir. Yeri gəldiyində istənilən şəxsə yerində və həlledici məqamlara aydınlıq gətirəcək sual vermək bacarığını inkişaf etdirməlisən. Təbii ki, bütün bunlar üçün gənclərin sərbəst şəkildə işləmələrinə şərait yaradılmalıdır. Müxtəlif kurslara cəlb etməklə, həmin işi yerindəcə izləməklə gənclərə bu sahəni sevdirmək mümkündür.


Nahid Xəlilov



Paylaş
Şərh əlavə et