Bu gün:

Uşaqlar üçün çiçəklər haqqında maraqlı məlumatlar


Təbiətin möcüzələrindən olan bitki və çiçəklər uşaqların diqqətini dərhal cəlb edir. Uşaqlarla parklara, bağlara getmək onların təbiətlə təmasda olmasına və yeni şeylər kəşf etməsinə kömək edir. Məqaləmizdəki maraqlı məlumatlardan istifadə edib, gündəlik həyatlarında birdən-birə onları təəccübləndirin.

Dünyanın ən böyük çiçəyi

Uşağınızı dünyanın ən böyük çiçəyi ilə necə tanış etmək istərdiniz? Smartfonlarınızı işə salın və uşağınıza Puya Raimondiinin şəkillərini göstərin. Bu nəhəng çiçəyin hündürlüyü 10 metrdən çoxdur və üzərində 8000-dən çox kiçik ağ çiçək var. Bu çiçəklərin indiyə qədər gördüyü bütün çiçəklərdən daha böyük ola biləcəyini izah etməklə onu daha da təəccübləndirə bilərsiniz.

Çiçəklərin tarixi

Çiçəklər dünya yaranandan bəri yaşayan canlılardan deyil. Onların tarixi 140 milyon il əvvələ gedib çıxır. Bu tarixdən əvvəl təbiətdə yalnız qıjı və konus şəkilli ağaclar var idi. Təbii ki, dünya olduqca rəngsiz bir yer idi. Ətrafınızda çiçəklər olan bir parka baş çəkdiyiniz zaman ona bu məlumatı verə və çiçəksiz dünyanın necə ola biləcəyini danışa bilərsiniz. Əminik ki, əla söhbət olacaq!Brokoli çiçəyi

Sadəcə havayla böyüyən çiçəklər

Müxtəlif xüsusiyyətlərə malik xüsusi bitkilər həmişə uşaqların diqqətini cəlb edir. Uşağınız hər bitkinin torpaqda böyümədiyini və torpağa ehtiyac duymadığını öyrəndikdə təəccüblənəcək. Bütün qida maddələrini havadan alan bitkilərin böyüməsi və inkişafı haqqında məlumat verib, gözəl səhləbçiçəyi nümunə olaraq göstərə bilərsiniz. Bəlkə birlikdə belə bir çiçək yetişdirə və onu praktik olaraq görsünlər.

Hava bitkisi "Curly"

Mənbə: Bloomandfresh.com

Tərcümə etdi: Amin Həsənli


Paylaş
Şərh əlavə et