
Heyvanlar aləmi hər cəhətdən füsunkar bir varlıq olsa da , bəzi heyvanlar zəkaları ilə seçilir. İnsana bənzər xüsusiyyətləri və davranışları ilə bu heyvanlar hələ də bir çox tədqiqatçıların maraq mövzusu olaraq qalırlar.
1. Şimpanzelər
Şimpanzelər güclü intellektli canlılardır. Onların DNT-lərinin 98,7 faizini insanlarla eyni olduğunu nəzərə alsaq, bu, heç də təəccüblü deyil.

2. Delfinlər
Delfinlər insan hərəkətlərini təqlid edə bilən və özünü dərk edən canlılardır.
Həm balinalar, həm də delfinlər insanlardan daha böyük beyinlərə malikdirlər. Çünki onlar əks-səda ilə obyektlərin yerini müəyyən edə bilirlər.
Delfinlərin də mürəkkəb rabitə sistemləri var. Bəzi delfin növləri hətta bir-birini tanımaq üçün səs dalğaları ötürürlər.

3. Ahtapot
Ahtapotlar heyvanlar aləminin səkkiz qollu varlıqlarıdır və insanın təhlükəsindən qurtulmaq üçün qeyri-adi qabiliyyətə malikdirlər.

4. İtlər
İtlər istədiklərini əldə etmək üçün sahiblərini manipulyasiya edə bilərlər.
Bundan əlavə, tədqiqatçılar itlərin beyin qabığında pişiklərdən iki dəfə çox neyron olduğunu aşkar ediblər.

5. Oranqutanlar
2018-ci ildə oranqutanların insanlar kimi danışa bildiyi müşahidə edildi. Araşdırmalara görə oranqutanlar yırtıcı gördükdə öpüşə bənzər bir səs çıxarır və sonra bu səsdən istifadə edərək balalarına yırtıcılar haqqında öyrədirlər. Bu xüsusiyyət oranqutanların da insanlar kimi keçmişdən danışa bildiyini göstərir.

Mənbə: Habertürk
Tərcümə etdi: Tərlanə Abdullayeva
