
İnsanı kamilləşdirən onun bacarıqları və şüurudur. Öyrəndiyini tətbiq etmək vacibdir. Çünki təcrübədən keçirilmiş sınaqlar və bacarıqlar insan tərəfindən daha tez mənimsənilir.
Zeka oyunlarını oynayın
Telefonunuza AppStore və ya Playstore-dan beyinin inkişafı üçün oyunlar yükləyə bilərsiniz. Həmçinin məntiq oyunları, krossvord, quizup, scrabble, numberful, şahmat oyunları oynamaq analitik təfəkkürünüzü inkişaf etdməyə kömək edəcək, sizi dərin düşünməyə təşviq edəcək.
Şəxsi inkişaf seminarlarında iştirak edin
Universitetdə olarkən və ya iş həyatına başladıqdan sonra iştirak etdiyiniz hər bir seminar biliklərinizi artıracaq, bu da baxış bucağınızı genişləndirəcək. Bilikləriniz artdıqca qarşılaşdığınız problemləri həll etmək daha asan olacaq və iştirak etdiyiniz seminarlarda öyrənəcəyiniz məlumatlarla problemlərin həllində usta olacaqsınız.
Perspektivinizi genişləndirin
Hər şeyə tək pəncərədən baxmayın, müxtəlif pəncərələrdəm baxmağa çalışın. Perspektivinizi genişləndirmək üçün səyahət edin , daha çox gəzin və şəxsi inkişaf kitablarını oxuyun. Dünyaya klassik türk gözü ilə baxmaq əvəzinə, qərb gözü ilə baxmağa çalışın. Hadisələri müxtəlif yollarla qiymətləndirərək təhlil edin. Fikrinizə uyğun gəlməyənləri dinləyin və onların nöqteyi-nəzərindən görməyə çalışın. Fərqli insanlarla və mədəniyyətlərlə tanış olun.
Detallara diqqət yetirin
Kiçik detallara diqqət yetirmək analitik bacarıqlarınızın inkişafı üçün çox vacibdir. Nümunə olaraq yeni tanış olduğunuz insanların adlarını, geyim tərzini, onları fərqli edən xüsusiyyətlərini analiz edin.
Dedektiv romanları oxuyun və dedektiv filmlərə baxın
Türk ədəbiyyatından Əhməd Ümit romanlarını və qərb ədəbiyyatından Agatha Christie romanlarını oxumaq analitik təfəkkürünüzə mühüm töhfə verəcək. Sherlock Holmesin filmlərinə baxmağı unutmayın. İnkişaf etmək istəyirsinizsə, hərəkətə keçmək vaxtıdır.
Mənbə: Koopblog
Tərcümə etdi:Tərlanə Abdullayeva
