Bu gün:

D vitamini ilə immunitetinizi gücləndirin


D vitamini immunitet sistemi üçün çox vacibdir. Elm adamları kifayət qədər D vitamini səviyyəsinə sahib olanların kovid 19-a yoluxma riskinin daha az olduğunu qeyd edirlər. Əslində, xərçəng və ürək sağlamlığına müsbət təsirləri olduğunu bildirirlər.


Bağcılar Özəl Şafak Xəstəxanası Fizika Müalicə və Reabilitasiya Mütəxəssisi Dr. Hüsniyə Ekinci D vitamininin əhəmiyyətinə toxunaraq bunları deyib: "Vitamin D həyati funksiyalarımızda əvəzolunmaz vitaminlərdən biridir. Əslində D vitamini günəş işığından orqanizmə ən təbii şəkildə qəbul edilir. Alınan şüalar əvvəlcə qaraciyərdə və sonra böyrəkdə emal olunur. Bizə lazım olan 1.25 Dihidroksi vitamin D3-ə çevrilir. Sonra xüsusi reseptorlarla birləşərək orqanizmdə fəaliyyət göstərməyə başlayır. Bu reseptorlar bütün bədənimizdə olur. Reseptorlara bağlandıqda genləri açır və ya söndürür. Bu mexanizm ona immuniteti aktivləşdirməyə, hüceyrələri qorumağa, vitamin və mineralları tənzimləməyə imkan verir”. D vitamini çatışmazlığı halında nələrin baş verə biləcəyini izah edən Dr. Ekinci "Əvvəlcə, kiçik oynaqlarda ağrı, əl-ayaq oynaqlarında, barmaqlarda, yuxu problemləri, baş ağrısı, saç tökülməsi, depressiyaya meyl, əzələ zəifliyi, geniş yayılmış əzələ ağrıları, yorğunluq kimi simptomlar verir" deyib. Uzun müddətli D vitamini əskikliklərində mənzərənin daha şiddətli hala gələ biləcəyini qeyd edən Uzm. Dr. Ekinci, "Osteoporoz və əzələlərin zəifləməsi səbəbiylə tarazlıq pozğunluqları, yıxılmalar, hətta qırıqlar meydana gələ bilər. Uşaqlarda D vitamini əskikliyində raxit deyilən sümüklərin zəifləməsi ayaqların əyriliyinə, sinə sümüklərində pozğunluqlara, əl və ayaq sümüklərinin qalınlaşması, böyümənin geriləməsinə səbəb ola bilər”.


Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: MƏRYƏM MƏMMƏDOVA

Paylaş
Şərh əlavə et