Bu gün:

Koviddə yeni "Eris" variantı


Koronavirus epidemiyası peyvəndlərin verdiyi müdafiə unudulmuş kimi görünsə də, yeni variantları canlandırmaqda davam edir. Omicron-dan sonra yeni "Eris" variantı bir çox ölkələrdə, xüsusilə ABŞ, Böyük Britaniya və Çində görünməyə başlayıb.

Yoluxucu Xəstəliklər Mütəxəssisi Dr. Elif Hakko, Kovid-19-un Omicron variantının yeni alt növü olan Eris variantının tez-tez görünməyə başladığını ifadə edərək, “Uzun müddətdir həyatımızda olan Omicron növü kimi, yuxarı tənəffüs yollarının infeksiyası daha çox özünü göstərir. Boğaz ağrısı, burun axıntısı, yüngül əzələ və oynaq infeksiyaları, ağrı, halsızlıq və yüngül hərarətə səbəb ola bilər. Əvvəlki Kovid-19 epidemiyası kimi böyük bir epidemiya gözlənilməsə də, məktəblərin açılması ilə daha çox yoluxma halları müşahidə edilə bilər",- deyib.

Yeni variant tez yayılır

Eris variantının son zamanlar bütün dünyada, xüsusilə ABŞ, İngiltərə və Çində tez-tez görülməyə başladığına diqqət çəkən Dr. Hakko, "Eris variantı əvvəlki variantlardan daha sürətli çoxalır və immun sistemindən asan qaçma kimi fərqlərə malik olsa da, eyni klinik simptomlara səbəb olur",- deyib.

Virusdan mühafizə üsulları vacibdir

Məktəblərin açılması ilə bu variantın daha tez-tez görülə biləcəyini qeyd edən Dr.Hakko, "Əvvəlki Kovid-19 variantlarında olduğu kimi izdihamlı və qapalı yerlərdə qorunmaq üçün maskalardan istifadə və əl gigiyenası vacibdir. Risk qrupunda olan insanların tərkibində Kovid-19 olan peyvəndlərin mütəmadi olması yaxşı olardı. Bu peyvəndlər ölkəmizdə hələ ki yoxdur: Onların peyvənd olunması lazımdır. Təbii ki, virusdan fərdi mühafizə tədbirlərinə də riayət etmək çox vacibdir".

Mənbə: Sabah.com.tr 

Tərcümə etdi: Məryəm Məmmədova

Paylaş
Şərh əlavə et