
Kristinin qəhrəmanlarının yaradılmasından tutmuş ilk kitabının nəşrinə, şəxsi həyatından pyeslərinin arxasında gizlənən sirlərə qədər bir çox naməlum faktlar:
1.Heç bir detektiv yazıçı bir deyil, iki dünyaca məşhur xəfiyyə yaratmağı bacarmayıb. Ancaq o bunu edib.
2.Detektivlər Kraliçası Meri Vestmakot təxəllüsü ilə altı romandan ibarət emosional silsilə yazıb.
3.Kristi itləri sevirdi və bütün həyatı boyu it saxlayıb.
4.Kristinin sevimli rəngi yaşıldır.
5.Kristinin iki milyarddan çox kitabı bütün dünyada satılıb.
6.Şekspirin kitablarından və İncildən sonra ən çox Kristinin kitabları satılıb.
7.1990-cı ildə Kristinin yüz illiyi şərəfinə bir gülə "Aqata" adı verilib.
8.Kristi siqaret çəkmirdi.
9.Kristinin öldüyü gün Londonun qərb tərəfindəki bütün teatrlar bir saatlıq işıqlarını söndürüblər.
10.Kristinin evdə nifrət etdiyi şeylər marmelad pudinqi və tarakanlar idi.
11.Kristinin sevimli müəllifləri Elizabeth Bowen və Graham Greene idi.
12.Birinci Dünya müharibəsi zamanı xəstəxanada işləyərkən Kristi bir çox dərman və zəhərin kimyəvi tərkibini öyrənmişdi. Bu detektiv yazıçı üçün mükəmməl təlim olmuşdu.
13.Kristi uzun müddət ikinci əri, Yaxın Şərq tarixi üzrə ixtisaslaşmış görkəmli Britaniya arxeoloqu Maks Mallowanın köməkçisi olub. Bu dövrdə o, usta fotoqraf olmuşdu.
14.Kristi musiqi həvəskarı idi. Onun sevimli bəstəkarları Vaqner, Elqar və Sibelius olmuşdu.
15.Kristi 1958-ci ildə heç vaxt çıxış etməməsi ilə bağlı müqavilə bağladıqdan sonra Detektiv Klubunun prezidenti oldu.
16.Kristinin ən sevdiyi çiçək zanbaq idi.
17.1972-ci ildə Madam Tüsso Aqata Kristinin mum heykəlini düzəldib.
18.Kristi əvvəlcə "10 zənci balası" üçün on iki personajın olmasını planlaşdırırdı, lakin kitab nəşr olunmazdan əvvəl iki personajı çıxartdı.
19.Amerikada cinayət həvəskarları üçün təşkil edilən The Malice Domestic Convention-da hər il "The Agatha" adına mükafat var.
20.Özbaşına oxumağı öyrənməklə kifayətlənməyən Aqata yeniyetməlik illərində fransız dilində “Üç muşketyor”u oxumuşdu.
21.Aqata "Səssiz şahid" romanını iti Peterə həsr etmişdir. Peter qıvrım saçlı teryer Kristinin sevimli itlərindən biri idi.
22.Kristi əla pianoçu idi, lakin səhnə qorxusundan karyera qura bilməyib.
23.Kristinin "10 zənci balası" romanı yüz milyondan çox tirajla satılıb.
24.Aqata vəfat edəndə onun əri Maks Mallowan demişdi: "Həyatı sevinclə ilhamlandıran, yaradıcı təxəyyülün yanında dinc yaşamağın nə demək olduğunu az adam bilər".
Mənbə: NTV
Tərcümə etdi: Lamiyə Cənnətzadə
