
24Media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti müsahibi GİPA tələbəsi Səkinə Məmmədovadır. O, GİPA təhsili ilə bağlı sualımızı cavablandırıb.
-Siz GİPA-da oxuyursunuz və Azərbaycanda jurnalistlər tez-tez bu məktəbə üz tutur. Burada təhsil almaq üçün jurnalist hansı bilik və bacarıqlara malik olmalıdır?
-İlk olaraq, onu deyim ki, GİPA-da yanlız jurnalistlər təhsil almır, düzdür, jurnalistlər üçün olan bir proqramdır, amma burada başqa ixtisaslardan gələn tələbələr də var. Bir nümunə verim ki, düzdür, Azərbaycandan yox, hələki mən rast gəlməmişəm, məsələn, Gürcüstandan olan mənim gürcü qrup yoldaşlarım fəlsəfə, yaxud marketinqi bitirib, hazırda jurnalistikada bizimlə eyni qrupda təhsil alanlar da var. İlk mərhələdə lazımi sənədlər, motivasiya məktubu göndərilir, əgər bu ilkin mərhələdən keçirilibsə, ikinci mərhələ olaraq müsahibəyə dəvət olunur. Müsahibədə nə dərəcə qabiliyyətli və bacarıqlı olduğunu göstərməlisən, bu da backgroundunda beynəlxalq layihələr ola bilər, yaxud hazırda çalışdığın sahədə nə qədər təcrübəlisən. Məsələn, mən niyə GİPAnı seçirəm? Mən özlüyümdə demişdim ki, sənədli filmi öyrənmək istəyirəm. (çəkiliş qaydaları və hərşey) Mən birinci kursdayam, bu mənim magistrda ilk ilimdir. Və bizdə dərs hər semestra uyğun gedir. Məsələn, ilk dərsdə ən sadədən başlayıb, daha sonra mürəkkəbə gedirlər. Sənin bu sahədə bilik və bacarıqların olmasa belə, onsuzda sən bunu sıfırdan öyrənirsən. Buna görə bu çox yaxşıdır. Daha sonra biz ikinci semestrda, video dərslərinə başladıq. Hansı ki, bu mənim üçün çox maraqlı idi. Həmin o video dərslərində kameranın necə tutulmağı, yandırıb söndürməyindən belə, yəni ən asan məsələlərdən belə başladıq. Semestrin sonunda video reportajlar təqdim elədik. Mən Bakı Dövlət Universitetin Jurnalistika fakültəsini bitirmişəm, bakalavrı orada oxumuşam, amma bu, sadəcə, ortalamam yüksək olsa belə, oxumuşam deməkdir. Anladım ki, BDU-da əzbərçi jurnalist kimi yetişirsən, sadəcə, mühazirələrdi, imtahanı keçmək üçün bu mühazirələri oxuyursan, öyrənməlisən, əzbərləməlisən. Amma GİPA-da elə deyil. Çünki yazılı imtahanlarımızın içində belə bir praktika var. Düzdür, BDU-da bütün fənnlər elə deyildi. Və onu da əlavə edim ki, mən BDU-da 4 il təhsil aldım, ən yüksək qiymətlərlə, qırmızı diplomla bitirdim. GİPA-da hazırda bu il birinci ilimi bitirdim. Gələn il Finlandiyada təhsil alacam, çünki erasmus programı qazanmışam. GİPA ona görə yaxşıdır ki, beynəlxalq tədbirlər və təlimlər olur. Əgər seçilirsənsə, gedirsən. Bu seçimlərdə sənin ortalaman önəmlidir, həm də motivasiya məktubun. Və mərləhəni keçəndən sonra müsahibə mərləhəsində özünü tamamilə doğrulda bilirsənsə, onda artıq seçilirsən. Orada ortalama ən azı 3dən aşağı olmamalıdır, motivasiya məktubu həmin şərtlərə uyğun yazılmalıdır. Digər yaxşı imkanlarından biri, 1il 6 ay oxuduqdan sonra sonda təcrübə keçə bilirsən. Burada da sənə müəyyən miqdarda pul ayırırlar. Və sən təcrübə keçmək istədiyin hansı ölkədə yerləşirsənsə, müraciət edirsən, onlardan təsdiq alırsan, universitetinə göstərirsən, universitet də təsdiq etdikdən sonra sənə müəyyən miqdarda büdcə ayırırlar. Və sən istədiyin ölkədə təcrübə keçə bilirsən. Yəni fərqi yoxdur, Almaniya, yaxud Çexiya olsun. Bu səndən asılıdır.
24Media.az xatırladır ki, ABŞ Səfirliyi Gürcüstanın İctimai Əlaqələr İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədləri arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin (QJMİM) jurnalistika və media əlaqələri üzrə magistr proqramına tələbə qəbulu aparması haqda məlumat verir. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın Dövlət Departamenti tərəfindən maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda medianın güclənməsidir.
Samirə Kərimli
