
Həyat hər gününü zövq almadığımız bir işlə keçirmək üçün çox qısadır. İş həyatına bu qədər vaxt ayırdığımız halda, niyə həvəs göstərdiyimiz və maraq dairəmizə uyğun bir peşə seçməyək? Güman edirik ki, siz də peşə seçimində belə düşünürsünüz.
Düzgün peşə seçməyin vacibliyini bilsəniz də, iş seçimindəki qərarsızlıq özünüzə və ətrafınıza “Hansı peşəni seçməliyəm?” sualına səbəb ola bilər. Soruşmaq normaldır. Təəssüf ki, bu suala yalnız özünüz cavab verə bilərsiniz. Yenə də narahatlığa yer yoxdur. Biz sizə düzgün karyera seçimi etmək üçün ruhlandırıcı məsləhətlər verəcəyik.
Doğru Peşəni Necə Seçmək olar?
Sizi xoşbəxt edəcək, istedadlarınızı üzə çıxaracaq peşəni düzgün seçmək üçün öz istedadlarınızı kəşf etməli, sizi xoşbəxt edəni tapmalı və dərindən araşdırma etməlisiniz. Bütün bunları daha yaxşı izah etmək üçün bunları maddələrdə sadalayaq:
1. İstedadlarınızı, maraqlarınızı kəşf edin
Maraqlarınıza uyğun bir iş seçməkdə sizi nəyin həyəcanlandırdığını, istedadlarınızın nə olduğunu, hansı problemləri həll etməkdən zövq aldığınızı özünüzdən soruşa bilərsiniz. Bu suallara cavab vermək bir qədər vaxt apara bilər. Ancaq unutmayın: yolun yarısı başlamaqdır. Beləliklə, peşə seçimində çox böyük bir addım atacaqsınız. Çünki cavablarınız sizi ruhlandıracaq.
2. Bacarıqlarınızı nəzərə alaraq bir iş araşdırması aparın
Bu mərhələdə fərqinə aldığınız maraqlarınızdan istifadə etməyə icazə verdiyiniz bir iş tapmağa aiddir. Başqa sözlə desək, sizi nəyin qane etdiyini və hansı sahədə yaxşı olduğunuzu dəqiq anladıqdan sonra bu keyfiyyətlərdən istifadə edə biləcəyiniz iş axtara bilərsiniz. Məsələn, uşaqlarla vaxt keçirmək sizi xoşbəxt edirsə və onlarla yaxşı münasibətdəsinizsə, uşaqlarla vaxt keçirə biləcəyiniz peşələr axtara bilərsiniz. Bu baxımdan uşaq bağçası müəllimi və ya pedaqoq kimi peşələr düzgün seçim ola bilər.

3. Ekspertlərdən kömək alın
İstedadlarınızı və maqraqlarınızı müəyyən etdikdən və peşənizi araşdırdıqdan sonra indi hansı peşələrlə məşğul ola biləcəyiniz barədə təsəvvürünüz var. Bu mərhələdə fikrinizdə olan bir neçə peşə ilə bağlı dərin araşdırmalara ehtiyacınız olacaq. Karyera araşdırması üçün bu, düşündüyünüz biznes sahəsində mütəxəssislərin fikirlərini almağa və onlara peşəkar suallar verməyə ilham verəcək.
Düşündüyünüz peşədə ən azı 3-4 il təcrübəsi olan insanlardan kömək almaq yaxşı olar. Bu insanların LinkedIn kimi sosial media hesablarına çata, e-poçt ünvanlarını öyrənə və maraqlandığınız sualları verə bilərsiniz.
Bununla belə, tədqiqat prosesi təkcə mütəxəssislərə müraciət etməklə məhdudlaşmır. Hər zaman və istənilən mövzuda araşdırma apararkən fərqli perspektivlər əldə etmək üçün müxtəlif mənbələrdən araşdırma aparmaq lazımdır. Bu səbəbdən internetdə yerli və xarici mənbələrdən faydalana bilərsiniz. Düşündüyünüz peşə haqqında müxtəlif peşə sahiblərinin fikirlərini öyrənmək; Bu, peşənin sizə uyğun olub olmadığını anlamağa kömək edəcək.
4. Seçdiyiniz peşə sahəsində özünüzü inkişaf etdirməyə başlayın
Seçdiyiniz sahədə işə başlamazdan əvvəl müəyyən bacarıq və biliklərə sahib olmalısınız. Bu sahədə özünüzü təkmilləşdirmək üçün onlayn kurslarda təlim keçə və sertifikat proqramlarında iştirak edə bilərsiniz. Coursera, Udemy və LinkedIn Learning kimi platformalar bu məsələdə sizə kömək edəcək. Alternativ olaraq, sizi öyrədə biləcək bir təcrübə proqramına qoşula bilərsiniz.
5. İşçi yönümlü yerlərdə işləməyi hədəfləyin
Təsəvvür edək ki, siz indi seçdiyiniz sahədə fəaliyyətə başlayacaqsınız. Belə bir vəziyyətdə iş həyatına haradan addım atacağınız önəmlidir. Çünki işçinin qədrini bilməyən bir iş yerində işləmək sevdiyiniz işlə məşğul olsanız belə, sizi yora bilər. Üstəlik, bu sizi narahat edə bilər. Bu, yanlış peşə seçimi etdiyinizi düşünməyə vadar edə bilər.
Digər tərəfdən, işçi yönümlü iş yerlərində peşəkar sahədə özünüzü daha çox inkişaf etdirə bilərsiniz. Çünki belə şirkətlər; müntəzəm təlimlər keçirə, işdən kənarda əyləncəli fəaliyyətlər təşkil edə və sizi peşəkar işinizə daha çox həvəsləndirə bilər. Bundan əlavə, bu şirkətlər sizin ən çox maraqlandığınız sahəyə, yəni maraqlarınıza önəm verir və bu istiqamətdə inkişafınıza dəstək verir.
Düzgün qərar vermək və iş seçməkdə ən vacib addım hərəkətə keçməkdir. Bununla belə, bildirək ki, karyera seçimi etmək üçün yaşınızın və ya hazırkı məşğuliyyətinizin fərqi yoxdur. Şəraitdən asılı olmayaraq istədiyiniz işi görmək və o sahədə peşəkar olmaq heç vaxt gec deyil.
Mənbə: Mapfre.com
Tərcümə etdi: Amin Həsənli
