Bu gün:

14 saat oruc tutanda orqanizmdə nə baş verir?


Ramazan ayı ərzində sahurdan iftara qədər heç bir qida əlavəsi qəbul edilmir. Təxminən, 14 saat davam edən bu prosesdə bədəninizdə saatbasaat hansı dəyişikliklərin baş verdiyini sizə xəbər veririk. Budur, oruc tutarkən bədəninizdə baş verən dəyişikliklər...


Sahurdan sonrakı ilk dörd saatlıq dövr anabolik böyümə mərhələsi kimi tanınır. Vücudunuz sahurda yediyiniz qidaları cari fəaliyyətinizi gücləndirmək və hüceyrə toxumasının böyüməsi üçün istifadə etməyə başlayır. Mədəaltı vəzi insulin hormonunu buraxır, yəni qlükoza yeməkdən sonra qan dövranında istifadə olunur və sonradan istifadə üçün hüceyrələrinizdə saxlanılır. Əgər sahurdan sonra yatmazsanız, oruc tutmaq asanlaşa bilər.


İftara 10 Saat  Qalmış


 Qalan 10 saatda bədəninizdəki əlavə qidalar istifadə olunur. Bunlar karbohidratlar, yağlar və zülallardır. Enerji təmin etmək üçün onlar ardıcıl olaraq istehlak edilir. Keçən sahurda yediyiniz yeməyin enerji tutumu hüceyrələrdə tamamilə tükəndikdə, vücudunuz enerji üçün öz ehtiyat yağını yandırmağa başlayır. 

Orqanizm yığılmış yağları parçalamaq üçün "keton" kimi tanınan kimyəvi fermentlərdən istifadə edir. Orucdan başqa uzun müddətli oruclarda orqanizm bütün yağ ehtiyatlarını istifadə etdikdən sonra son çarə olaraq protein ehtiyatlarından istifadə etməyə başlayır. Ancaq bu vəziyyət çox uzun aclıq zamanı baş verir. Hüceyrələriniz yenilənməyə başlayır, çünki yağ ehtiyatları daha sonra orucda istifadə olunmağa başlayır. Bu vaxt xərçəngə, sürətli yaşlanmaya və ya xroniki xəstəliyə səbəb ola biləcək ölü və ya zədələnmiş hüceyrələrin çoxu azalır. Sonra orucunu açırsan və bu dövrü yenidən təkrarlayırsan. 

Bir sözlə, siz oruc tutma dövrü ərzində bədəninizin sağlamlığını və dözümlülüyünü artırırsınız. Ancaq 14 - 15 saatdan çox uzun müddət davam edən aclıq bədəninizə zərər verə bilər. Bundan əlavə, oruc tutmaq hər kəs üçün uyğun olmaya bilər, bunun üçün əvvəlcə həkiminizlə məsləhətləşməlisiniz.


Mənbə: Habertürk


Tərcümə etdi: Məryəm Abdullazadə

Paylaş
Şərh əlavə et