Bu gün:

Misir ehramları


Misir piramidalarının ən əhəmiyyətlisi olan Giza Cheops piramidası dünyanın yeddi möcüzəsindən biri olaraq günümüzə qədər gəlib çatan mühüm əsərlərdən biridir. Piramidalar sirli strukturları ilə bir çox insanları özünə cəlb edir. 


Təkcə Misirə xas olan deyil, dünyanın başqa yerlərində də tikilmiş nümunələri olan piramida formasındakı ehramlar daha çox Misirdə müəyyən bir bölgələrdə göründüyü üçün Misir piramidaları adlanır. 

Xeops piramidası (145,75 metr)

Saqqara piramidası (63,17 metr)

Khafre piramidası (143,56 metr)

Dahahur əyilmiş piramidası (104,85 m)

Sakkara Pepi II P. (52,555 metr)

Dohan Məbədi (Çin Xalq Respublikası)

Maldum Snefru piramidası (93,26 m)

Mikerinos piramidası (66,5 metr)

Dahahur Snefru P. (103,95 metr)

Teotehuacan (Meksika)

Tiahuanaco (Boliviya)

Uxmal məbədi (Meksika)

Piramida nədir?

Piramida kvadrat əsaslı kubik həndəsi formadadır və küncləri yuxarıdakı bir nöqtədə birləşərək əmələ gəlir. Dörd bərabər ölçülü üçbucaqlı səthi yerə sabitlənmiş piramidalar konstruksiyaları və mühəndislik baxımından son dərəcə maraqlı bir quruluş olması ilə diqqət çəkir.


Piramidaların tarixi 

Firon mumiyası və onun qiymətli xəzinələrini qorumaq üçün Misir dövründə tikildiyi güman edilən piramidalar dövrə aid sənət əsərləridir. Bu günə qədər onun heç bir yerində mumiya və ya xəzinə tapılmayıb. Eramızdan əvvəl 2620-ci ildə tamamlanan və nümunələri arasında pillələri olan Saqqarada dünyanın ilk inşa edilmiş piramidasıdır, piramidaların bir çoxu tamamlanmamış və ya tikinti zamanı dağıdılmışdır. Bunun ilk nümunələrindən biri olan eramızdan əvvəl 2570-ci ildə tapılan Meidumun piramidası səkkizinci pilləkəni tikilmək istəyərkən dağıdılıb.

O zaman belə hesab edirdilər ki, piramidalar bu şəkildə tikilərkən onların dağıdılmasından dərs alıb hündür piramidalar tikmək üçün bazanı mümkün qədər geniş saxlamaq və bərabərtərəfli həndəsədən istifadə etmək lazımdır. Nil çayı yaxınlığındakı Dahahur bölgəsində eramızdan əvvəl 2570-ci ildə inşasına başlanan Bükülmüş piramidanın üçdə iki hissəsinin tamamlanmasından sonra, əvvəlki təcrübələrə diqqət yetirilərək yamac bucağı azaldılmış və qaldırılmışdır. Bu tətbiq ilə eramızdan əvvəl 2565-ci ildə müvəffəqiyyətlə tamamlanan Bent piramidası çox daha əhəmiyyətli bir quruluşa sahib oldu və bənzərsiz bir görünüş qazandı. Bu tarixdən sonra tikilmiş piramidalar daha kiçik sabit bucaqlarla qaldırıldıqdan sonra tikilmişdir. 

Piramidaları kim tikdi? 

Misirli qullar tərəfindən tikildiyi barədə şayiələrə əlavə olaraq, 1990-cı ildə bir turist ata minir, atın ayağı çuxura düşür və bu çuxur sirli zirzəmiyə açılır. Bu yer piramidanın tikintisində işləyən fəhlələrin ustalarının məzarı kimi təyin edilmişdir. Günbəzli türbə kimi verilmiş bu yer naxışlı divarları ilə möhtəşəm görkəmə malikdir. Fəhlə sinfindən kimsə üçün belə gözəl məzarın tikilməsi işçilərin qul olmadığına işarə kimi izah edilirdi. İşçilər gündüzlər işləyib gecələr buradakı kəndlərdə evlərinə gedənlər kimi müəyyən edilir. Sonrakı qazıntılarda 250-dən çox müxtəlif qəbir tapılıb.

Tikintidə əməyi keçən hər kəs üçün türbələrin tikildiyi, bölgədə aparılan qazıntılar zamanı qəbirlərin girişlərində fəhlələrə məxsus heroqlif yazıların tapıldığı üzə çıxıb. Bu yazılarda türbə inşaat müfəttişi, türbə inşaat müdiri adlı ifadələr var. Bu türbələrdə fəhlələrin miniatür heykəlləri və sənət əsərləri də var. Təxminən 200 min işçi çalışıb və skeletlər araşdırıldıqda onurğaların inanılmaz bir yükə məruz qaldığı ortaya çıxıb.

Mənbə: Haber turk

Tərcümə etdi: Nuran Əhmədzadə 

Paylaş
Şərh əlavə et