
Yeni tədris ilinin açılışına az qalmış universitetə yeni qəbul olanların içi həmişə maraq və həyəcanla dolur. Yeni təhsil həyatı, fərqli şəhərlər, siniflər, bir çox insanlar universitet həyatında nə edəcəklərini artıq düşünürlər. Universtetin birinci kurs tələbələri üçün həyəcanlarını aradan qaldırmaq üçün bəzi görülməli və qətiyyən edilməməli olanları tərtib etdik. Əgər siz universitetə yeni başlamışsınızsa, sizə verdiyimiz qızıl tövsiyələri oxumalı və universitet həyatınızda tətbiq etməlisiniz. Hazırsınızsa, başlayaq:
Qrup nümayəndəsi olmayın!
Kollecin birinci kurs tələbələri üçün tələbə nümayəndəsi olmaq gözəl bir iş kimi səslənə bilər. Amma tələbə nümayəndəsi olmaq göründüyü qədər asan deyil! Əgər nə vaxtsa tələbə təmsilçisi olsanız, unutmayın ki, sizi çoxlu məsuliyyət, çox çətinlik, çox iş gözləyir. Tələbəlik həyatının fotokopi maşınının qarşısında keçməsini istəmirsinizsə, tələbə təmsilçisi olmağı ağlınıza belə gətirməyin!
Dostlarınızı yaxşı seçin!
Universitet orta məktəb həyatından çox fərqlidir. Orta məktəb illərində çoxdan tanıdığınız bir çox dostlarınız ola bilər. Amma siz universtetdə yeni olanda bir çox insanlar sizinlə dost olmaq istəyə bilər. Dərhal dostlar tapmağınız və sosiallaşmaq istəməyiniz tamamilə normal olsa da, bu səhvə yol verməməyi şiddətlə tövsiyə edirik.
Yataqxanada məskunlaşmaq fikrindəsinizsə, alış-verişinizi doğru edin
Universtetin problemlərindən biri hər şeyə ehtiyacınız olmasıdır. Ailəniz bütün ehtiyaclarınızı evdə qarşılaya bilər. Amma unutmayın ki, yataqxanaya yerləşən kimi bu baş verməyəcək, bütün ehtiyaclarınızı özünüz alacaqsınız. Ona görə də universitetə getməzdən əvvəl ehtiyacların siyahısını tərtib edib çatışmazlıqlarınızı tamamladığınızdan əmin olun. Əks halda maliyyə problemləri ilə üzləşə bilərsiniz.
Ev yoldaşlarınızla mehriban olun
Universitet həyatınız boyu yataqxana əvəzinə evdə qalmaq istəyirsinizsə, əvvəlcə dostlarınızı yaxşı seçməyiniz tövsiyə olunur. Çünki sizinlə eyni xasiyyətdə olmayan insanlarla yaşamaq məsləhət görülmür. Yaxın dostlarınızla evə getmək planınız varsa, mümkün qədər mübahisə etməməyə diqqət edin. Əks halda universitetin birinci ilini pis keçirə bilərsiniz.
Sevgi və dostluq münasibətlərinizə diqqət yetirin!
Təəssüf ki, insanları tanımaq asan deyil. Ona görə də sizinlə səmimi davranan heç kəsə etibar etməməlisiniz. Sirlərinizi hər kəslə bölüşməyin. Bu dövrdə aşiq olmaq və özünü xoşbəxt hiss etmək istəyi çox normaldır. Ancaq qarşınızdakı insanı yaxşı tanımadan münasibət qurmasanız yaxşı olar.
Dərslərinizi qaçırmayın!
Universitetə ilk başladığınızda dərhal bu yeni mühitin cazibəsinə düşə bilərsiniz. Ancaq bu prosesdə diqqətinizi dərslərinizə cəmləməli və yüksək nəticə əldə etmək üçün çox çalışmalısınız. Əks halda, dərslərinizdə uğursuzluqla nəticələnə və bir ilin boş keçməsinə səbəb ola bilərsiniz.
Verilən kitabların siyahısını indi almayın!
Kursun tədrisi üçün əlbəttə ki, kurs materialları vacibdir. Amma hər kitab üçün çox pul xərcləmək lazım deyil. Siz il boyu bu kitabların çoxundan istifadə etməyəcəksiniz. İstəyirsinizsə, sizinlə eyni fakültədə oxuyan yuxarı kurslardan kserokopiyaya sahib ola və ya daha ucuz qiymətə əldə edə bilərsiniz.
Fərqli mədəniyyətlərlə tanışın
Universitet həyatının ən yaxşı tərəflərindən biri hər şəhərdən və ölkədən tələbələrlə görüşməkdir. Fərqli mədəniyyətlərlə maraqlanırsınızsa, əcnəbi tələbələrlə ünsiyyət qura, onların mədəniyyətini öyrənə və hətta yeni bir dil öyrənə bilərsiniz.
Bacarıqlarınızı təkmilləşdirməyə çalışın
Universitetdə oxuduğunuz fakültə peşəkar həyatınız üçün vacibdir. İstəyinizlə və həvəslə seçdiyiniz kafedranın kurslarına diqqət yetirməli və bilik əldə etməlisiniz. Özünüzü nə qədər təkmilləşdirsəniz, işinizi uğurla yerinə yetirmək şansınız bir o qədər çox olar. İstəyirsinizsə, departamentinizlə bağlı iş sahələrinə baxıb, peşənizin sirlərini öyrənə bilərsiniz.
Xaricdə Təhsil Proqramlarında iştirak edin
Dünyanın bir çox universitetlərinin xaricdə təhsil proqramları var. Erasmus kimi xüsusilə vacib proqramlar sizə işlə bağlı çoxlu təcrübə qazanmağa imkan verir. İş müraciətlərində iştirak etdiyiniz təlim proqramları sizi rəqiblərinizdən qabaqlayır. Buna görə də ingilis dilini öyrənmək üçün kurslara qatıla bilərsiniz.
Mənbə: Bubilet.com
Tərcümə etdi: Amin Həsənli
