
Çingiz xan monqol hökmdarı və sərkərdəsi idi. O, monqolları bir bayraq altında birləşdirmişdir və böyük imperiya yaratmışdır. Tarixdə onun haqqında gizli faktlar var. Çingiz xan ailəsinə bağımlı, vətəni sevən və düşmənlərinə mərhəmət edib, onları bağışlayan əzmkar hökmdar olmuşdur.
1. "Çingiz” onun əsl adı deyildi.
Monqolların "Böyük Xanı" olacaq insan 1162-ci ildə Onon çayının sahilində doğulub .O, “dəmirdən" və ya "dəmirçi" mənasını verən Temuçin adını daşıyırdı. 1206-cı ildə qurultay təşkil olunmuşdur və O , monqolların lideri elan edilənə qədər “Çingiz xan” fəxri adını daşımayıb. Tarixçilər hələ də “Çingiz”in mənşəyinə əmin deyillər. O, "okean" mənasınıda verə bilər, lakin kontekstdə adətən "ali hökmdar" və ya "ümumdünya hökmdarı" kimi tərcümə olunur.
2. 40 milyona yaxın insanın ölümünə səbəb olmuşdur.
Monqol yürüşləri zamanı nə qədər insanın həlak olduğunu dəqiq bilmək mümkün olmasa da, bir çox tarixçilər bu rəqəmin təxminən 40 milyon olduğunu söyləyirlər. Orta əsrlərə aid siyahıyaalmalar göstərir ki, Xanın sağlığında Çin əhalisi on milyonlarla azalıb və alimlər onun Xorazmid İmperiyası ilə müharibəsi zamanı ölən insanların müasir İran əhalisinin tam dörddə üçünün ola biləcəyini hesab edirlər. Bütün bunlara görə, monqolların hücumları nəticəsində əhali 11 faizə qədər azalmışdır.
3. Onun ən etibarlı generallarından bəziləri keçmiş düşmənlər idi.
Böyük Xan istedada diqqət yetirirdi və o, adətən öz zabitlərini daha çox bacarıq və təcrübəyə görə seçirdi. 1201-ci ildə rəqib Taijut qəbiləsinə qarşı döyüş zamanı Çingizin atının sinəsindən oxla vurulduqdan sonra az qala özü də ölə bilərdi. Daha sonra o, Taijut məhbuslarına baxaraq kimin bunu etdiyini soruşdu, bir əsgər cəsarətlə ayağa qalxdı və atıcı olduğunu etiraf etdi. Oxatan əsgərin cəsarətinə görə Çingiz onu öz ordusuna zabit etdi və sonra döyüş meydanındakı ilk görüşlərinin şərəfinə ona "Cebe" və ya "ox" ləqəbi verdi.
Mənbə: Historycom
Tərcümə etdi: Tərlanə Abdullayeva
