Hər bir ölkənin öz rəqsi vardır. Ümumiyyətlə, insanların gündəlik həyatlarını və hekayələrini ifadə etmək üçün istifadə edilən rəqs zamanla dəyişərək bu günümüzə gələrək çatıb.
1. Flamenko – İspaniya
Flamenko, İspaniyadan gələn ənənəvi musiqi və rəqs sənətidir. Adətən intensiv notlar, emosional və sevgi dolu gitara ritmləri rəqs hərəkətləri ilə ifa olunur. Xüsusilə qadınlar qırmızı uzun paltar geyinirlər. Bəziləri flamenkonun Hindistanın şimalından İspaniyanın cənubuna köçmüş Əndəlus tayfalarının ifa etdiyi rəqs olduğuna inanırlar.

2. Samba – Braziliya
Braziliya mənşəli latın rəqsi olan Samba, ümumiyyətlə, yüksək ritmləri və enerjili xoreoqrafiyası ilə tanınır. Samba "rəqsə dəvət" mənasını verən "semba" sözündən yaranan bir sözdür. Bu rəqs 1950-ci illərdə inkişaf edib və Braziliyada yaşayan afrikalıların gətirdiyi mədəniyyətlə formalaşıb. Samba dünyaca məşhur Braziliya Karnavalının vacib hissəsidir. Rəqqaslar tez-tez rəngli paltarlar və böyük baş geyimləri geyinirlər, buna görə də Samba ilə məşğul olan birini görsəniz, yəqin ki, dərhal biləcəksiniz.

3. Salsa – Kuba
Salsanın İspan və Afrika mədəniyyətinin qarışığı olaraq ortaya çıxan bir rəqs olduğu düşünülür. Bu rəqsin kökləri Karib dənizindədir. Şoularda salsa ifaçıları daha çox rəngli və canlı geyimlər geyinirlər.

4. Əjdaha rəqsi – Çin
Əjdaha Çin mədəniyyətində sərvət və uğurları simvoludur. Çinlilər bu mifoloji heyvanın pis ruhları qovduğuna və firavanlıq gətirdiyinə inanırlar. Bu rəqs zamanı rəqqaslar nəhəng , parçadan olan əjdahanın altına girir və dirəkləri yuxarı qaldıraraq onu qaldırıb-endirirlər. Beləliklə, əjdaha öz-özünə hərəkət edir. Rəqs edən əjdahaların uzunluğu dəyişə bilər, lakin əjdaha nə qədər hündür olsa, bir o qədər şans gətirəcəyinə dair qədim bir inanc var.

Mənbə: Listelist
Tərcümə etdi: Tərlanə Abdullayeva
