Bu gün:

Qədim Misir sivilizasiyasında sosial siniflər


Zaman maşınına minib Qədim Misir sivilizasiyasının torpaqlarına getmək imkanımız olsaydı, möhtəşəm tikililəri və gözoxşayan zənginliyi yaxından görə bilərdik. Qədim Misirin ictimai həyatında nizam-intizamı sağlam saxlamaq üçün fironlardan tutmuş qullara qədər hər kəs mühüm rol oynamışdır.

Fironlar Qədim Misirdə  piramidanın zirvəsində dayanan müqəddəs insanlar idi. Qədim Misirin hökmdarı firon taxta çıxan kimi insanlar üçün ilah status daşıyırdı. Fironların ictimai həyatda ən mühüm funksiyası tanrılarla insanlar arasında tarazlığı və harmoniyanı qorumaq idi. Fironların bu işdəki uğurları rifah və sülh üçün böyük əhəmiyyət kəsb edirdi.


Məmurlar, kahinlər və zadəganlar qədim Misirin sosial-ictimai sinifdə firondan sonra gəlirdilər. Dövlət işlərinə rəhbərlik edən məmurlar çox vaxt fironların oğulları idi. Dövlətin idarə olunmasında kahinlər və başqa zadəganlar da mühüm rol oynayırdılar. Bu səbəbdən məmurlar, keşişlər və zadəganlar çox rahat həyat sürürdülər.


Mənbə: listelist 

Tərcümə etdi: Tərlanə Abdullayeva

Paylaş
Şərh əlavə et