
Tarix cəmiyyəti formalaşdıran saysız-hesabsız ixtiralarla doludur. Ancaq bəzi ixtiralar digərlərindən daha vacibdir. 1821-ci ildə fransız pedaqoq və ixtiraçı Lui Brayl tərəfindən icad edilən Brayl əlifbası da bu ixtiralar sırasındadır. Əlifba 200 ildən artıqdır ki, görmə qabiliyyəti zəif olan insanlara oxumağa və yazmağa kömək edir. Başqa sözlə desək, Brayl əlifbası bütün dünyada gözdən əlil insanların həyatında ən mühüm işıq mənbəyi olub.
1. Əlifbanı ixtira edən Lui Brayl da kor idi. O, 1809-cu ildə Fransada anadan olub və Brayl cəmi üç yaşında olarkən qəza nəticəsində görmə qabiliyyətini tamamilə itirib.

2. Brayl görmə qabiliyyətini itirdikdən sonra Fransada özəl bir müəssisədə təhsil alırdı və latın hərflərinin qabarıq olduğu sistem sayəsində oxumağı öyrənib. Lakin bu sistem gözdən əlillərə yazmağa imkan vermirdi. Brayl hələ 15 yaşında olarkən fransız ordusunda əsgərlərin səssiz ünsiyyət qurması üçün istifadə edilən sistemdən ilhamlanaraq Brayl əlifbasını hazırlayıb.

3. Riyaziyyat və digər elmi sahələr üçün istifadə olunan xüsusi kodlu Brayl əlifbası da vardır. Brayl əlifbası elə mühüm ixtiradır ki, gözdən əlillərin həyatını tamamilə dəyişdirməyə kömək edib. Ancaq əvvəlcə bəzi məhdudiyyətlər var idi. Məsələn, gözdən əlillərin riyaziyyat sahəsində dərindən işləməsinə imkan verəcək xüsusi simvollar yox idi. Əlifbadakı bu əskikliyi düzəldən şəxs görmə qüsurlu riyaziyyatçı Abraham Nemet idi. Nemet riyaziyyatda istifadə oluna bilən xüsusi kodlar və simvollar hazırlayıb.

4. Görmə qabiliyyəti zəif olan şəxs Brayl əlifbası ilə dəqiqədə orta hesabla 400 söz oxuya bilir. Gözdən əlillərin ortalama oxuma sürəti dəqiqədə 300 sözdür.

5. Brayl əlifbası ilə yazılmış kitablar digər kitablara nisbətən daha çox yer tutur.
Çünki bu xüsusi əlifba ilə yazılan kitablar digər kitablardan xeyli böyükdür. Məsələn, məşhur Harri Potter kitabının Brayl əlifbası olan Harri Potter və Od Qədəhi 10 cilddən ibarətdir.
Mənbə: listelist
Tərcümə etdi: Tərlanə Abdullayeva
