Bu gün:

“Kuryerlər üçün sürücülük vəsiqəsi peşə bölümü ilə aparılmır“


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı İlqar Hüseynlidir. O, kuryerlər üçün sürücülük vəsiqəsi və nəqliyyat barədə danışıb. 

-Azərbaycanda son günlərdə kuryerlərin fəaliyyətindən müxtəlif narazlıqlara rast gəlinir. Kuryerlər üçün sürücülük vəsiqəsi, yolda ayrılacaq xətt və nəqliyyatda əməl edilməli qaydalar hansılardır?

-Kuryerlər üçün sürücülük vəsiqəsi peşə bölümü ilə aparılmır və ya peşəyə görə müəyyənləşdirilmir. Konkret olaraq kateqoriyalar var. Bir kateqoriya ayrıca motosikletlərın idarə olunması ilə bağlıdır. Bunun üçün təbii ki, imtahan verilməli, sürücülük vəsiqəsi alınmalıdır. Motosiklet sürənlər həmin sürücülük vəsiqəsi ilə idarəetmə hüququnu əldə edirlər. Dünyanın ən inkişaf etmiş ölkələrində velosipedlər üçün  magistral yolların üzərində ayrıca yol işarələnir. Ümumi istifadə olunan nəqliyyat xətti üzərində velosipedlər, mopedlər hərəkət edir. Kuryerlər üçün ayrılan yollar da həmin yollar olmalıdır, lakin təəssüf olsun ki, Azərbaycanın yollarında hələ tam olaraq bu məsələlər həll yolunu tapmayıb. Məsələn, Sumqayıtdan Bakıya gələn və ya Novxanıdan Bakıya gələn nəqliyyat yolu üzərində hər hansı işarələnmə və ayrılmalar yoxdur. Buna görə də istər kuryerlər olsun, istər velosiped, motosiklet idarəçiləri olsun ümumi istifadə olunan yol zolağında hərəkət edirlər. Bu da qəzalara və digər məslələrə gətirib çıxarır.

Nərminə Eyyubova

Paylaş
Şərh əlavə et