Bu gün:

“Dərslik vəsaitlərindən istifadə edənlər sürücülük vəsiqəsini əldə edib”


24media.az-ın " 1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi nəqliyyat eksperti Aslan Əsədovdur. O, sürücülüyün nəzəriyyəsini öyrənmək üçün olan dərsliklərdən danışıb.


-Azərbaycanda sürücülüyün nəzəriyyəsini öyrənmək üçün olan dərsliklər nə qədər qənaətbəxşdir?

-Sürücülük nəzəriyyəsini öyrənmək üçün olan dərslikləri hazırda bir-iki müəllifin kitablarından öyrənmək olur. Buradan ətraflı məlumatlar almaq mümkündür. Əlavə olaraq, internet resurslarından daha çox məlumat əldə etmək olar. Kitablar pdf formasında olur. Azərbaycan Respublikasının Yol hərəkəti haqqında qanunu və inzibati xətalar məcəlləsinin, dövlət yol polisinin rəsmi saytından nişanlar haqqında məlumat almaq olar. Bu dərsliklərdən istifadə edən vətəndaşlarımızın imtahan və nəzəri biliklərdən keçməsindən asılı olaraq və onların rəyləri əsasında cavablar formalaşa bilər. Dərslik vəsaitlərindən istifadə edən nə qədər insan, şəxs sürücülük vəsiqəsini əldə edib. Yol hərəkəti haqqında sürücülük vəsaitlərini, sürücülüyü öyrənmə haqqında bir neçə məktəblərdən də məlumat almaq olar. O, məktəblər ki, sürücülük kursları ilə məşguldular və onlar dərslər keçirlər. Burada keçirilən dərslər avto-məktəblər nəzdində fəaliyyət göstərir. Digər ali təhsil müəssisələrinin nəzdində də yol hərəkəti qaydalarına aid olan dərslər tədris olunur. AZTU və AZMİU universitetlərini misal çəkmək olar.

Xədicə Cabbarlı 

Paylaş
Şərh əlavə et