Demək olar ki, hər gün kiminləsə görüşüb söhbət edirik. Söhbət etdiyimiz insanlar bəzən tanış, bəzən də tanış olmayan insanlar ola bilər. Kiminlə danışmağımızdan asılı olmayaraq, bədən dilimiz və ya digər insanın bədən dili ən vacib elementlərdən biridir.
Bədən dili ilə bağlı çoxlu məlumatların olduğu məlumdur. Bir çox insanlar artıq bədən dili haqqında müəyyən biliyə malikdir. Lakin hələ də bu mövzuda heç məlumatı olmayan və ya kifayət qədər məlumatı olmayan insanlar var. Bu səbəbdən bu mövzuda çatdırılan hər bir məlumat çox dəyərlidir.

Bədən dili nədir?
Bədən dili şifahi olmayan ünsiyyət forması kimi ifadə edilir. Bədən dilində sözlər yerinə jest və mimika istifadə olunur. Bundan əlavə, üz ifadələri, duruş və göz hərəkətləri də çox vacibdir. Bədən dili, fiziki və zehni fəaliyyətlərlə müşayiət olunan qarşı tərəfə mesaj ötürmək kimi də anlaşılır.
Bədən dilinin ünsiyyət üçün çox vacib bir element olduğunu söyləyə bilərik. Çünki əksər jestlər və ya hərəkətlər sözlərdən daha təsirli olur. Bədən dilindən istifadə edərək ünsiyyət qurmaq mümkündür. Təbii ki, bədən dilini yaxşı öyrənmək lazımdır. Bədən dilindən səhv istifadə etsək, özümüzü səhv ifadə edə bilərik.
Necə öyrənməli?
Bir çox insanlar bədən dilini öyrənmək və tətbiq etmək istəyir. Bu, yalnız təhsillə mümkündür. Maraqlıdır ki, hər bir fənndə olduğu kimi bədən dilinin öyrənilməsində də təhsil vacibdir.
Bədən dilini öyrənməyin yolları;
- Bədən dili üzrə mütəxəssis olan insanlardan təlim almaq.
- İnternetdə araşdırma aparmaq.
- Kitablardakı təlim proqramlarını həyata keçirmək.
Bədən dili niyə vacibdir?
Bədən dili ən çox seçilən ünsiyyət vasitələrindən biridir. Bir çox vəziyyətlər üçün istifadə edildiyi də məlumdur. Bu səbəbdən bədən dili əhəmiyyətli olduğu qədər diqqət çəkir. Bundan əlavə, bədən dilindən düzgün istifadə edərək qarşı tərəfə düzgün mesajlar vermək şansınız var.
Bədən dilinin əhəmiyyətini göstərən amillərdən biri digər tərəfi anlamaq olaraq bilinir. Çünki qarşımızda olan biri bədən dilindən istifadə edə bilər. Ona görə də bədən dilini bilmək lazımdır. Əks halda qarşı tərəfi başa düşmək şansları son dərəcə çətin olacaq.


- Bədən dilindən istifadə edərkən şişirdilmiş davranışlardan çəkinmək lazımdır. Əlləri, qolları və başları çox hərəkət etdirməmək vacibdir.
- Kimləsə danışarkən gözlərinin içinə baxmaq və diqqətlə dinləmək vacibdir. Əks halda, həmin insan sizin ona qulaq asmadığınızı düşünə bilər. Eyni şəkildə, qarşınızdakı insan gözlərinizin içinə baxmaq əvəzinə sağa-sola baxırsa, sizi dinləməyə də bilər.
- Lazım olduqda jest və mimikalardan istifadə edin. Məsələn, qarşıdakı insan təəccüblü bir şey danışırsa, təəccübünüzü üzünüzlə ifadə edə bilərsiniz.
- Qarşı tərəflə danışarkən və ya onu dinləyərkən başınızı qaşımayın və duruşunuza fikir verin. Çünki onlar göstərirlər ki, başqa insana əhəmiyyət verirsən, ya yox.
- Bədən dilində geyiminiz də böyük rol oynayır və təbii olmaq çox vacib bir detaldır.
Mənbə: Hürriyyet
Tərcümə etdi: Nuran Əhmədzadə
