Düzgün kitab seçmək, oxumaq, başa düşmək çox vacib məsələdir. Axı oxuduğumuz hər kitab həyatımızı dəyişdirmir. İnsan kitab seçərkən səhv edə bilər. Elə kitablar var ki, əvvəldən axıra kimi oxunur. Amma bununla yanaşı, oxuya bilmədiyimiz kitablar da var.
İlk oxuma vərdişləri
Yaxşı oxumaq üçün ilk addım, şübhəsiz ki, səlis oxumaqdır. Əgər kitablar həyatımızı formalaşdıracaqsa, biz yaxşı oxucu olmalıyıq. Bu baxımdan sistemli şəkildə davam etmək faydalıdır. O sizin oxu vərdişinizi daimi edəcək, lakin sistemli ola bilmirsinizsə, burada da 21 günlük vərdiş qaydasından istifadə edə bilərsiniz.
Həyatımızda bizə meydan oxuyan bəzi şeylər var. Bəzən oxumaq da onlardan biri ola bilər. Ətraf mühitdə bizə mane olan çox şey var. Buna görə də oxumağı vərdişə çevirmək çətinləşir. Xüsusilə, bir şey üzərində araşdırma aparırıqsa, birinci gün kifayət qədər həvəsli oluruq, ikinci gün prosesi idarə edirik, sonra bir həftənin sonunda yenidən özümüzdən uzaqlaşırıq və bunu ancaq bir aydan sonra anlayıb geri qayıda bilərik. Tanış situasiyadırmı?
Bu, diqqəti bizdən uzaqlaşdırmaq və özümüzü sistemə təslim etməkdir. Yəni kitablara. Beləliklə, bəlkə də, az-az başlamalıyıq. Nəhayət, gündəlik hərəkətlərimizi vərdişə çevirə bilərik. Beynimizdə vərdiş halına gəlməsi üçün 21 gün lazımdır. Asan və ya çətin görünən və nəticədə gündəlik işimizə əlavə olunan kitablar həyatımızı tarazlaşdıra bilər.
Diqqət etməli olduğumuz şey budur. Qısa müddətdə çox iş görməyi sevə bilərik. Bununla belə, bir işi təkrar-təkrar etmək vərdişidir. Oxuma vərdişini gündəlik həyatımıza daxil etmək istəyiriksə, bir kitabı bir gündə bitirməyə çalışmaqdansa, hədəfi azaltmalıyıq. Bunun üçün hər günə 20 dəqiqəlik məşqlə başlaya bilərik. Yaxud 20 səhifə oxuya bilərik. Beləliklə, bir gündə çox oxumalı olduğumuz zaman darıxdırıcı olmayacaq. Oxumaq vərdişi artıq həyatımızın olduğu kimi xarakterimizin də bir hissəsidir.
İşinizin sistematik olduğunu sınayaraq onu inkişaf etdirə və yoxlaya bilərsiniz. İlk olaraq 21 gün ərzində hədəflərimizi həyata keçirdiyimizi yoxlaya bilərik. Bu üsuldan həyatımızın bir çox sahələrində də istifadə edə bilərik. Bu vərdiş halına gələndə bir ildə oxuyacağımız kitabın orta sayını hesablaya bilirik.
Gün ərzində axsatmadan 20 səhifə kitab oxumaq nümunəsindən davam edək. Bu, ildə 7300 səhifə deməkdir. Hər kitabın orta hesabla 200 səhifə olduğunu nəzərə alsaq, ildə 36 kitab oxumuş olarıq. Bu, təbii ki, kitab oxumaq vərdişinin qazanılması ilə bağlıdır.
Keyfiyyətli oxumağın ən əhəmiyyətli nöqtəsi çarpaz oxumaqdır. Bir mövzunu iki, hətta üç mənbədən oxumaq mənimsənilən biliyi "möhkəmləndirir". Beləliklə, əgər müəyyən bir mövzuda araşdırma aparırıqsa, çarpaz oxumaq, xüsusilə, təsirlidir. Beləcə, əvvəl düzgün bildiyimiz səhvlər üzə çıxır. Həm də səhv etmək ehtimalını azaldır. Yanlış seçilmiş kitablar gələcək nəsillərə ötürülməməlidir.
Mənbə: En son haber
Tərcümə etdi: Nuran Əhmədzadə
