Düşünürük ki, zaman ötdükcə hər şey kəşf olunur və bütün sirrlər ortaya çıxır. Elə sirlər vardır ki, onların açılması illər belə apara bilər. Amma hələ də kainmatımızda açılmayan sirlər vardır. Belə sirlər içərisində kitablar, gizli məkanlar da yer alır.
Smithfield - Qriqori korpusu
Bu kitabın əsas sirri yazılarda deyil, vizual görüntülərindədir. Dini fərmanları izah etmək üçün Roma Papası IX Qriqori tərəfindən nəşr edilən bu kitabda dövrün dəbinə uyğun olaraq xəttatlıq və illüstrasiyalar daxildir. Maraqlı şey buradan başlayır. Normalda Məryəm, İsa və Müqəddəslər tərəfindən bəzədilmiş dindən fərqli olaraq, bu kitabda qılıncla baş kəsən nəhəng dovşanlar, canavarı edam edən qazlar və xristian təlimlərinə açıq şəkildə zidd olan təkbuynuzlu heyvanların təsvirləri daxildir. Bu yazıları tədqiq edən ruhanilər və tarixçilər hələ də Smithfield kitabının sirrini aça bilməyiblər.

Ripleyin yazıları
Böyük kimyagər Corc Ripli, hətta İsaak Nyuton da kimyagərliyə və gizli elmlərə maraq göstərərək yaxından maraqlanmışdır, öz sahəsində ən bacarıqlı alimlərdən biri idi. O, yazdığı mətnlərdə əsrarəngiz filosof daşının necə hazırlanacağını və adi metalların qızıla çevrilməsi yollarını təsvir etmişdir. Qeyri-müəyyən, sirli bir yazı dilini istifadə edərək, Ripley hətta öz yazılarında ölümsüzlüyün sirrini verdiyi deyilir. Riplinin ən sirli yazısı 6 metr uzunluğunda perqament vərəqidir. Maraqlı illüstrasiyaların yer aldığı bu yazının sirri hələ də açılmayıb.

Bürc qatilinin məktubları
1960-1970-ci illər arasında 20-28 adamı öldürdüyü düşünülən qatil Zodiak qətllərdən sonra qəzetlərə qəribə məktublar göndərirdi. Şifrələnmiş bu hərflərdən yalnız birinin sirri açılıb. Məktublarda qatilin qurbanlarının adını çəkdiyi və öz kimliyi ilə bağlı ipucları verdiyi düşünülür.

Mənbə: Olaybende
Tərcümə etdi: Tərlanə Abdullayeva
