Bu gün:

“Əsas motivasiyam mentorlarla görüş idi”


24media.az-ın “ 1 sual, 1 cavab” rubrikasının  budəfəki qonağı mentor, təlimçi, 3-cü yüksəliş müsabiqəsinin qalibi Toğrul Ələkbərovdur. O, yüksəliş müsabiqəsindəki təcrübələrindən danışıb.

-Yüksəliş müsabiqəsinin üstünlükləri nələrdir və  qazanmaq üçün motivasiyanız nədən ibarət idi?

-Əslində, bir çox səbəbləri var. Birincisi, özünü yoxlamaq. Növbəti səbəblər kimi yeni insanlar tanımaq və şəbəkələşməyi qeyd etmək olar.  Xüsusilə də final və yarımfinal mərhələlərində yüksək keyfiyyətli insanlar tanımaq şansı qazanırsan. Qalib olsan, əsas üstünlük kimi yaxşı mentorluq proqramı  və ölkənin müxtəlif yüksək vəzifəsində çalışan məmurlarla, nazirlərlə, vəzifəli şəxslərlə görüşmək, müzakirələr aparmaq imkanı qazanırsan. Motivasiyam, əslində, ilk gündən çox yüksək idi. Əslində, belə bir hadisə motivasiyamı yüksək tutmağıma kömək oldu: ” Bir neçə gün bundan əvvəl güləşçimiz Rafiq Hüseynovun dünya çempionu olduqdan sonra kameraya emosional şəkildə “ata, oğlun çempion oldu” cümləsi mənim yadımda qalmışdı. Mən də istəyirdim ki, valideynlərimə kiçik bir qürur hissi yaşadım və məndə bu sözləri təkrar edim. Şükür Allaha ki, bu mənə qismət oldu. Pul amma əsl motivasiyam olmayıb. Əsas mentorlarla görüşmək mənim üçün önəmli idi”. 

24media.az xatırladır ki, 14-16 iyul tarixlərində “Baku Ekspo Mərkəzi”ndə keçirilən müsabiqənin finalında iştirak edən 109 namizəddən ən yüksək bal toplayan 22 nəfər qalib adını qazanıb. 

Lalə Mənəfova

Paylaş
Şərh əlavə et