Bu gün:

Bibliosmia nədir?


Bibliosmia - qədim kitabların cəlbedici qoxusuna aludəçilikdir. 

Kitab mağazasına getdiyiniz zaman və ya köhnə kitablara baxdığınız zaman kitabların qoxusu çox vaxt fərqli hisslər yaradır. Təsvir etməkdə çətinlik çəkilən bir hissdir, amma bilirsən ki, bir şey səni özünə çəkir. Bu hissi yaşayanlardansınızsa, adını çəkə bilmədiyimiz bu sevginin bir adı var- bibliosmiya. 


Əgər bibliosmiyasınızsa, xüsusən də, köhnə kitablar, ensiklopediyalar qoxusuna görə sizi cəlb edir. Onları köhnə dolabdan çıxardığınız zaman qoxu sizi ovsunlayacaq. Bəs köhnə kitabların qoxusunu niyə sevdiyimizi heç düşünmüsünüzmü?

Köhnə kitablarda xoşbəxtliklə əlaqə

Araşdırmalara görə köhnə kitabların qoxusu xoşbəxtliklə əlaqələndirilir. Brimingham muzeyində 79 nəfər üzərində apardıqları araşdırmada iştirakçılara şüşədəki kitabın qoxusu verilib. Bu qoxunun nəyə aid olduğunu soruşduqda iştirakçıların əksəriyyəti şokolad və ya qəhvə cavabını verir. 

Təbii ki, köhnə kitablar şokolad və qəhvədən ibarət deyil. Həmçinin bəzi fikirlərin əksinə olaraq kitabların yanında qəhvə içmək və ya şokolad yemək də kitabın iyini dəyişmir. Bununla belə, kitab qoxusunun digər sevimli qoxularla əlaqəsi bizə onu niyə sevdiyimizə dair bir ipucu verir.

Kitab qoxusu necə yaranır? 

Matija Strlik adlı kimyaçı öz laboratoriyasında köhnə kitabların niyə daha tez saraldığını və bu ətri necə yaydığını araşdırıb. O, araşdırmada köhnə kitablardakı “liqin” adlı maddənin zamanla turşuya çevrildiyini və bu qoxunu ortaya çıxardığını müəyyən etmişdir .

Xüsusilə, köhnə kitabların hazırlanmasında çox istifadə edilən liqnin oksigenlə reaksiyaya girdikdə turşuya çevrilən maddədir. Bu maddə kitab səhifələrinin özəyi olan sellülozun oksigenlə reaksiyaya girərək saralmasına və sellülozun kimyəvi cəhətdən parçalanmasına səbəb olur. Bu pozulma səbəbiylə köhnə kitabların qoxusu saralma sürətindən daha çox ortaya çıxır və çox sevdiyimiz bu qoxunu yaradır. 

Mənbə: The magger

Tərcümə etdi: Nuran Əhmədzadə 



Paylaş
Şərh əlavə et