Bu gün:

“Asan Xidmət mənim üçün uğur məktəbi olub”


24media.az-ın " 1 sual, 1 cavab" rubrikasının budəfəki müsahibi  "Azərbaycan Uşaqları" İctimai Birliyinin- İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rüfət Zəkizadədir. O, könüllü fəaliyyəti haqqında danışıb.


-Əvvəllər ASAN xidmətdə könüllü olmusunuz, indi isə AUİB-də çalışırsınız. Sizin könüllü fəaliyyətiniz hazırkı iş həyatınıza necə təsir etdi?

-İctimai fəallığım ilk olaraq ASAN Xidmət mərkəzindən başlayıb. 11-ci sinifdə oxuduqda 5 saylı Asan xidmət mərkəzində könüllük proqramına qoşulmuşam. 2 ay sonra isə Asan Könüllüləri Gənclər Təşkilatında Mədəniyyət Carçısı  könüllü əməkdaş, mütəxəssis olaraq fəaliyyətə başlamışam. Çox uğurlar qazanmışam. Müxtəlif tamaşalar hazırlamışam. Dövlət və qeyri hökümət təşkilatları ilə birgə bir çox tədbirlərin təşkilatçısı olmuşam. 2018-ci ildə Asan xidmətin ən gənc, fəal könüllülərindən olmuşam. İctimai fəaliyyətim oradan başlayıb. Asan xidmət mərkəzində könüllü olduqdan sonra gənclərlə işləmişəm və 6 aydan sonra böyük mütəxəssis olmuşam və ümumillikdə, Asan xidmət mərkəzində könüllü fəaliyyətim 3 il ərzində davam edib. Daha sonra təhsilim ilə bağlı xaricə getmişəm. Türkiyədə təhsil alıb yenidən Azerbaycana qayıtmışam. Qayıtdıqdan sonra "Azərbaycan Uşaqları" İctimai Birliyinə bir günlük xeyriyyəçi olaraq getmişdim. Oradakı uşaqlara qarşı olan sevgini, məsuliyyəti, onlara qarşı düzgün yanaşmanı gördükdən sonra oranın könüllü fəaliyyətinə mən də müraciət etdim və müsahibə mərhələsindən uğurla keçdim, könüllü olaraq işləməyə başladım. 3 il könüllü olaraq fəaliyyət göstərmişəm və bu ildən etibarən isə "Azərbaycan Uşaqları" İctimai Birliyinin - İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri olaraq fəaliyyət göstərirəm, təşkilatın mətbuat katibiyəm. Oradakı könüllü fəaliyyətim işimə xeyli təsir edib, çox uğurlar qazanmışam. Bəlkə də, mənim İctimai əlaqələr şöbəsində göstərdiyim uğurlu fəaliyyətim Asan Xidmət mərkəzindən başlayıb. Əsasən də, gənclərlə işi, uşaqlara olan sevgini Asan Xidmətdə öyrənmişəm. Bugunkü işimdə də çalışıram ki, orada öyrəndiyim təcrübələri, düzgün yanaşma, insan resursları, vətəndaşlarla ünsiyyətin qurulması, ictimaiyyətlə əlaqələr bu istiqamətdə orada öyrəndiklərimi də burada tətbiq etməyə çalışıram. Mənim fikrimcə, Asan Xidmət mənim üçün uğur məktəbi olub.

Xədicə Cabbarlı 

Paylaş
Şərh əlavə et