Bu gün:

“15 Ədəbiyyat sualından 1-i çərçivədənkənar idi”


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının budəfəki qonağı filoloq Gülsüm Məmmədovadır. O, 14 iyul tarixində keçirilən müəllimlərin işə qəbulu imtahanı haqqında danışıb.

- Sizcə, Azərbaycan dili və ədəbiyyat fənnindən suallar hansı səviyyədə idi?

14 iyul MİQ imtahanında tərtib olunan suallar testologiya prinsipini pozan suallar idi. Bildiyiniz kimi, MİQ imtahanında 60 sual - 40 ixtisasdan, 20 isə metodikadan olur. Buna uyğun isə 2 saat yarım vaxt verilir. Biz filoloqlar olaraq sualların çətinliyindən narazı deyilik. Onsuz da bildiyimiz, tədris etdiyimiz proqramdır. Amma o cür üçmərtəbəli suallar üçün hətta 4 saat da verilsəydi, az olardı. Bundan əlavə, ARTİ bizə imtahandan bir neçə ay öncə imtahan suallarının hansı çərçivə üzrə tərtib olunacağı haqda sənəd göndərdi. Təəssüflər olsun ki, 15 Ədəbiyyat sualından 1-i çərçivədənkənar idi. (29-cu Ə.Məmmədxanlı Qızıl qönçələr əsəri)

24media.az xatırladır ki, test imtahanları iyulun 11-dən başlanıb və iyulun 15-dək davam edib. Ümumilikdə 58 minə yaxın namizədin iştirak edəcəyi imtahanlar ölkənin 13 şəhəri üzrə 29 imtahan mərkəzində keçirilib. İmtahanda namizədlərə 150 dəqiqə vaxt verilib. Cari ildə 10 min müəllimin işə qəbulu hədəflənib. Vakansiya seçimində ilk olaraq şəhid ailələrinin üzvləri iştirak edə biləcəklər. Hər müəllim vakansiya seçimində maksimum 8 yer seçə bilər. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir.

Lalə Mənəfova



Paylaş
Şərh əlavə et