
Son illərdə tez-tez diqqətinizi cəmləməkdə çətinlik çəkirsiniz? Tez yorulduğunuzu hiss edirsiniz, yoxsa tez-tez "Mən çox unutqan oldum" ifadəsini işlədirsiniz? Bütün bu əlamətlər müasir vəbanın “rəqəmsal demans” simptomlarının əlamətləri ola bilər. Təsəvvür edin ki, gənc olanda ailənizin, dostlarınızın telefon nömrələrini və ev ünvanlarını əzbər bilirdiniz. Amma hal-hazırda cəmiyyət unutqanlıqdan əziyyət çəkir.
Alman nevroloqu Manfred Spitzer tərəfindən 2012-ci ildə təqdim edilən "rəqəmsal demans" texnologiyasının uzunmüddətli istifadəsi nəticəsində yaranan bir sıra nevroloji problemləri göstərib. Rəqəmsal dünyada çox vaxt keçirənlərin həyatı təhlükəlidir. Sosial media hesabların, vloqlar, videolar həyatımızın ayrılmaz hissəsi olub.
Bu gün kompüterlərimiz, telefonlarımız, planşetlərimiz və hətta ağıllı saatlarımız bizim üçün düşünür və heç nəyi unutmur. Araşdırmalara görə, ciddi problemlərə səbəb olan şeyləri xatırlamağa ehtiyacımız yoxdur. Mütəxəssislər "rəqəmsal demans"ı müasir epidemiya və ya rəqəmsal pandemiya adlandırırlar.
"Rəqəmsal demans" kompüter və ya smartfon kimi texnoloji cihazların həddindən artıq istifadəsi nəticəsində beyin funksiyalarının pisləşməsi kimi izah edilir. Texnoloji asılılığı olan gənclər üçün daha qorxulu bir təhlükə olan "rəqəmsal demans" beyin fəaliyyətində, xüsusilə, yaddaş problemlərinə də səbəb ola bilər.
Dünyaca məşhur yazıçı Cim Kvikin sözlərinə görə, beynimizi hər zaman inkişaf etdirməliyik və müstəsna olaraq, bildiklərimizi tətbiq etməyi bacarmalıyıq. Texnologiyanın verdiyi sonsuz faydalarla yanaşı, bizdən nə alacağına da diqqət etməliyik.
Mənbə:uplifers
Tərcümə etdi:Tərlanə Abdullayeva
